·222 syf.··Beğendi
···Okunma: 23 Temmuz 2024 21:42 Müəllifin oxuduğum ikinci kitabıdır. Düzü bədii dəyərinin çox olduğunu düşünməsəm də, tərzi olduqca axıcı və oxunaqlıdır. Sona qədər oxuyucunun marağını özündə saxlasa da, yaratdığı suallara verdiyi cavablar olduqca absurd qalır, bu da tətmin etmir.
Bu kitabı da oxuyandan sonra həm də müəllifin psixoloji problemləri olduğunu düşündüm, iki kitabda da (birincisi Küləyin Kölgəsi) hadisələr fərqli məkan və şəxslərlə cərəyan etsə də, müəllif romanı eyni tərzdə qurur, bu tərz isə dəhşət, qan, intriqa, parçalanmış, təhrif olunmuş vücudlarla bağlıdır. Bir də iki romanda da gənc bir oğlan olur və başqa bir ailəyə rəğbət bəsləyərək, onlardan olmağa çalışır və evin qızına heyranlıq bəsləyir, bu təkrarçılıq xoşuma gəlmədi.
Bu qədər tənqid etsəm də, sırf yaratdığı maraq duyğusuna görə oxumağa dəyər.