·208 syf.····Okunma: 25 Temmuz 2024 00:44 Daha bir İsmayil Şıxlı əsərinin sonuna gəldim.Dəli Kürdən sonra bu əsəri oxumaq düzgün seçim idi . Yazıçı bu əsəri ölümündən bir az əvvəl bitirmiş,təəsüfki kitab şəklində görmək qismət olmamışdır. Əsəri bitirərkən də demişdir “İndi rahat ölmək olar.”
Əsərdə hadisələr Azərbaycanın qaçaqçılıq hərərkatı dövründə baş verir,isanlarımızın uğradığı haqsızlıqlar ,Sibirə sürgün və s.
Roman iki ailənin başına gələn faciə ilə başlasa da digər hissələrdə mövzu başqa cür gedir,hər hissədə bir hadisə göstərilir ,bəzi yerləri sanki yarım qalmış,məsələn Mürsəl müəllimin sonda başına nə gəlir bilmədim
Romanın ən təsirli hissəsi Güllü nənə və qız gəlinin vaqonda cox uzun səfərə çıxması və başlarına gələnlər çox acı şeylərin baş verməsi oldu.
Tarixi roman sevənlər mütləq oxusun ,digər oxuduğum tarixi romanlar kimi bu da məni düşündürdü eyni zamanda kədərləndirə bildi. Xoş mütaliələr #azərbaycanədəbiyyati
#oxudumbitti