Bibilər kitabı ilk dəfə kitabxanada görəndə adı diqqətimi çəkmişdi. Oxudum . Bir ailə faciəsi. Kitabın arxa hissəsində qeyd edilmişdir ki, " xüsusən Azərbaycan oxucuları burada öz cəmiyyətimizə xas olan tanış səhnələrlə qarşılaşacaqdır" belə də oldu. Azərbaycan xalqı camaat nə deyər"düşüncəsi ilə öz həyatını yaşamır. Bundan əlavə həm də ailə içərisində birisinin digərinə elədiyi hökmranlıq da insanların inkişafına, irəli getməsinə maneə törədir. Heç bir zaman gec deyil. İnsan hansı yaşda olursa olsun, öz həyatını yaşamalıdır. Səhv etsə belə bu səhvi düzəltməyi özü bacarmalıdır. Kitab kiçik həcmli olsa da özündə mənəvi- əxlaqi düşüncəli əks etdirir.