Tahmini Okuma Süresi:
3 sa. 51 dk.
Sayfa Sayısı:
136
Basım Tarihi:
2021
Yayınevi:
Alatoran Yayınları
Orijinal Adı:
The Aunts
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

7/10
·136 syf.··
2024 218. kitabı
·
2 saatte okudu
·
Okunma: 28 Temmuz 2024 11:30
Bibilər kitabı ilk dəfə kitabxanada görəndə adı diqqətimi çəkmişdi. Oxudum . Bir ailə faciəsi. Kitabın arxa hissəsində qeyd edilmişdir ki, " xüsusən Azərbaycan oxucuları burada öz cəmiyyətimizə xas olan tanış səhnələrlə qarşılaşacaqdır" belə də oldu. Azərbaycan xalqı camaat nə deyər"düşüncəsi ilə öz həyatını yaşamır. Bundan əlavə həm də ailə içərisində birisinin digərinə elədiyi hökmranlıq da insanların inkişafına, irəli getməsinə maneə törədir. Heç bir zaman gec deyil. İnsan hansı yaşda olursa olsun, öz həyatını yaşamalıdır. Səhv etsə belə bu səhvi düzəltməyi özü bacarmalıdır. Kitab kiçik həcmli olsa da özündə mənəvi- əxlaqi düşüncəli əks etdirir.
Edebiyat
BibilərCyriel Buysse · Alatoran Yayınları · 202113 okunma
9/10
·133 syf.··
Beğendi
·
2026 2. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Şubat 2026 19:02
Cyriel Buyssenin “Bibilər” əsəri zahirən ailədaxili münasibətləri əks etdirən bir dram təsiri bağışlasa da, mahiyyət etibarilə patriarxal cəmiyyətin insan psixologiyası üzərində yaratdığı dərin travmaları tənqid edən sosial-psixoloji əsərdir. Müəllif ailə mühitini mikro-model kimi təqdim edərək güclü və zəif arasındakı münasibətləri, hökmranlıq və itaət mexanizmini ümumiləşdirilmiş cəmiyyət mənzərəsinə çevirir. Əsərdə bibilərin Raymonda qarşı nümayiş etdirdiyi qərəz və düşmənçilik fərdi antipatiyadan daha çox, illər boyu formalaşmış struktur zorakılığın nəticəsidir. Onların nifrəti konkret olaraq Raymonda yönəlsə də, əslində bu hiss kişilərə və kişilərin təmsil etdiyi hakimiyyət sisteminə qarşı yığılıb qalmış psixoloji reaksiyadır. Bibilərin həyatına qərar verən, talelərini müəyyənləşdirən həmişə kişilər olmuşdur. Onlar qadın kimliklərini reallaşdıra bilməmiş, subyekt deyil, obyekt mövqeyində mövcud olmuşlar. Yəni qadın kimi yox, xidmət edən varlıqlar kimi yaşayıblar. Bu isə ideoloji və sosial baxımdan boğulmuş bir həyatın qaçılmaz nəticəsi kimi daxili çürüməyə gətirib çıxarmışdır. Raymond obrazı bu kontekstdə səbəb yox, simvolik funksiyaya malikdir. O, gəncliyi, azadlığı, maddi imkanları və seçim azadlığı ilə bibilərin heç vaxt sahib ola bilmədiyi bütün dəyərləri təmsil edir. Məhz bu səbəbdən Raymond onların şüuraltında bir “təhlükə” və eyni zamanda bir güzgüyə çevrilir. Bibilərin ona yönəltdiyi nifrət əslində öz həyatlarının məhdudluğuna, itirilmiş imkanlarına və susdurulmuş arzularına yönəlmiş nifrətdir. Əsərdə diqqət çəkən əsas məqamlardan biri də nifrətin açıq şəkildə ifadə olunmamasıdır. Qardaş uşaqları üsyan etməyi bacarmırlar, çünki açıq etirazın doğura biləcəyi nəticələri yaxşı anlayırlar. Bu səbəbdən onlar susqunluğu təhlükəsiz davranış modeli kimi qəbul
Psikoloji
BibilərCyriel Buysse · Alatoran Yayınları · 202113 okunma