Spoiler var.
Puan vermedi·376 syf.··
2024 3. kitabı
“Öülü evindən qeydlər Dostoyevskinin oxduğum 5-ci kitabıdır. “Karamazov qardaşları”ndan sonra ən çox sevdiyim əsəri oldu. Amma ilk öncə mənfi cəhətlərindən başlamaq istəyirəm, Müəllifin bir çox əsəri kimi burda da süjet xətti çox sürükləyici deyil. Öncədən oxucunun bunu qəbullanıb buna görə kitaba başlaması faydalı olacaqdır. Bundan əlavə əsərdə əsərin həcminə görə həddən çox personaj var və bu personajların keçmişi, psixologiyası, xarakteri ətraflı göstərilir. Bu da zaman-zaman sıxıcı gələ bilər. Amma müəllif insan psixologiyasının ən dərin nöqtələrinə qədər enir. Onun əzablarını, azadlıq ehtirasını, cəsurluğunu, qorxaqlığını, cahilliyini ən incə detallarına qədər təsvir edir. Dostoyevskinin ölü evində (yəni həbsxanada) ən çox toxuna biləcəyi mövzu təbii ki, insan azadlığıdır. Onun üçün azadlıq insanoğlunun uğrunda hər şeydən keçə biləcəyi çox böyük bir ehtirasdır. Məsələn, məhbusların bütün ili işləyib güclə biraz pul yığıb sonra o pulu içkiyə xərcləyib bir gündə bitirdiyindən və yenə illərlə əziyyətlə pul yığmağından danışılır. Çünki o həmin içki içdikləri 1 gün özlərini qısa müddətdə olsa azad hesab edirdilər. Və ya bəzi məhbusların həbsxanadan qaça bilmıyəcəyini bilməsinə rəğmən qaçmağa çalışması diqqəti cəlb edir. Buna da səbəb göstərilir ki məhbus bu eyni 4 divardan çıxsın, ona gələcək ay hansı cəzanı kəsəcəklər, haraya sürgünə göndəriləcək heç fərq etmir təki həyatında dəyişiklik olsun. Eyni Zamanda müəllif cəzalandırılmaların ədalətsizliyindən də danışır. Ona görə məcbur qalıb hər hansı bir səbəblə cinayətə bulaşmış şəxs ilə sırf keyfi istəyir deyə adi səbəblərdən insan öldürən və heç bir vicdani narahatlıq duymayan şəxsin eyni cəzanı görməsi yəni həbsə atılması ( müddəti fərqli olsa da) heç də birmənalı deyil. Həbsxananın əsas məqsədinin məhbusların etdiyinin səhv olduğuna imsandırmaq olduğunu vurğulayan müəllif, insanların sadəcə cəzalandırmaqla cəmiyyətə heç bir fayda verilə bilməyəcəyini də üstüörtülü şəkildə bildirmiş olur. Məsələn, Bəzi məhbusların bura düşər düşməz vicdani narahatlıqdan əziyyıt çəkməsini və onların bu narahatlığının onlara verilən cəzadan daha betər olmasını görürük. Bəzi məhbuslar isə etdiklərinə görə heç bir peşmanlıq hiss etmir, hətta olan bitəni qədərin bir parçası hesab edir, burada da olduqca şən və rahat yaşayırlar. İnsan psixologiyası ustası Dostoyevskiyə görə burada ən gərəkli şey ümiddir. Ümid olmadan yaşanmaz, bu yük ümid olmadan çəkilməz. Hətta 20 ilə yaxın həbs cəzası alan məhbusların belə çıxdıqdan sonrakı günlərdə nələr edəcəyini planlaşdırmaları buna işarədir. İnsanın ən pis və ya ən yaxşı xasiyyətinun düşdüyü hər vəziyyətə alışması olduğunu bildirir müəllif. “Aşağılık insanoğlu her şeye alışır”. Eyni zamanda ən məsum ən yaxşı insanın belə nə vaxtsa hər hansı bir şəraitdə dəyişə biləcəyini və korlana biləcəyini bizə çatdırır. Eyni zamanda ən çirkin və ən alçaq insanlarda belə cüzi də olsa bəzən insanlıq görüləbiləcəyini öyrədir. “Bu sahneyi bana J-kiy kendisi anlatmıştı, Demek oluyor ki bu ayyaş, zevzek, delibozuk herifte bile insanlk duygusu vardı.” Bununla da yaxşı və pis insan prototiplərini darmadağın edərək onsan təbiətinin necə mürəkkəb olduğunu anladır bizə. Müəllifin ən çox bəyəndiyim ifadəsi də həbsxananın ən pis özəlliyinin orda yüzlərlə imsan içində özü ilə yalnız qalabilmə şansının olmaması idi. Əsərdə rus soyluları ilə sadə xalq arasında olan konfliktin təzahürləri də nəzərə çarpır. Əsərin içindən danışılacaq çox məsələlər var. Xülasə, Dostoyevski bu əsərlə birdaha insan psixologiyasında usta olduğunu və insanın necə qəribə bir varlıq olduğunu hər incəliyinə kimk bizə göstərir.
Ölüler Evinden AnılarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202518,6bin okunma
·
84 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.