7/10
·496 syf.··
Beğendi
·
2024 15. kitabı
·
10 günde okudu
·
Okunma: 05 Ağustos 2024 22:56
Düşünün ki, bir kitab oxuyursunuz və oxuduğunuz kitabda iki yazıçının üslubu ilə qarşılaşırsınız. Tolstoyun ən son yazdığı kitab olan “Dirilmə” kitabına Dostoyevski havasını qatdığı üçün əsərdə fəlsəfi və klassik ruh sanki dövr edir. Əsərin nisbətən axıcı olmayan yerləri, hansı ki, fəlsəfi məlumatları, oxucuya zövqdən asılı olaraq darıxdırıcı gələ bilər. Məsələn, əsərdə mənə qaranlıq qalan yerlər oldu. Baş obraz olan Nexlyudovun niyə sonda Katyuşa ilə evlənməsini yazıçı oxucuya çatdırmır? Niyə bu yolda atdığı addımda keçmiş onun yaxasını buraxmır? Əsərdə kilsə qanunları, İncilin mövhumatı və onun kəlamları, Allahla bağlı olan hadisələr aydın nəzərə çarpdırılır. Dirilmə yaşanandan bəri Nexlyudovun Allahı tanıması, illərdən bəri oxuya bilmədiyi İncili oxuması, öz günahlarından xəcalət duyması. Görəsən, bizlər (adamlar) Dirilməni nə zaman yaşayacağıq? Bu xoşbəxtlik bizə nə zaman nəsib olacaq? Əsərin aşıladığı dərin mənalar çox böyük olduğu üçün tam müzakirəlik bir kitabdır deyərdim. Fərqli mövzu kimi oxunulacaq kitablardan ola bilər. Üstünə bir də rus romanı havası qatılarsa, oxunmadan keçilməz.
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma
·
158 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox gözəl yazmısan 👍👍
Raisa
Gönderi Sahibi
təşəkkür edirəm, İqbal😊