Möhtəşəm bir klassika. Axıcı, mənalı, təcrübə dolu! Raskolnikovun həyatı, düşüncələri bu qədər gözəl təsvir edilə bilməzdi. Raskolnikovla eyni situasiyanı yaşadım desəm yanılmaram. Bəlkədə etdiyim səhvləri, günah saydıqlarımı, vicdanımı narahat edən yaşanmışlıqlarımı təkrar-təkrar xatırlatdı mənə. Bir insanın yavaş-yavaş yenilənməsini, yeni bir həyat tapmasını, bir dünyadan başqa bir dünyaya necə keçid etdiyini, heç bilmədiyi yeni bir gerçəklə tanışmasının çox gözəl təsvir edildiyi bir kitab idi. Oxuyacaq olanlara həqiq bir tövsiyyəmdir. Gecikdirməyin bu kitabı. Həyatda heçnə gecikməyib, həyatda ölüm yoxdursa hələ bitməyib..