Gönderi

Puan vermedi·142 syf.··
2024 16. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Ağustos 2024 14:35
"Halqa"da tragikomik hissə var. Deməli, seçki günüdür və məntəqədə ara qarışıb, məzhəb itib. Qutuları mühasirəyə almış qadınlardan, tum çırtlaya-çırtlaya qeybət edən, topa bülletenləri sakitcə qutuya ötürən müəllimlərdən tutmuş gəlib-gedənə nəzarət edən polisə kimi, hərə öz kefindədir. Elə bu əsnada içəri cavan oğlan girir və kamerasını işə salıb çəkməyə başlayır. Bu gözlənilməz qonaq hər kəsi çaşbaş salır. Hamı əl-ayağa düşür. O saat iki nəfər qoluzorlu kişi peyda olub gənci təpiyinin altına salır. Burnunun qanı ağzının qanına qarışana qədər kötəkləyirlər. Gənc huşunu itirəndə isə yaxasını buraxırlar. O, yerdə sərili halda qalır və heç kəs də ona fikir vermir. İnsanlar sıra ilə üstündən hoppanıb kabinələrə girirlər və səslərini verib çıxırlar, eyni qaydada, üstündən keçib məntəqəni tərk edirlər. Hələ bu azmış kimi, məntəqə sədri də gəncin üstünə çıxır ki, içərini daha yaxşı görə bilsin. Xüsusən son günlərdə baş verənlər aşağı-yuxarı bu səhnədəkilərə bənzəyir. Elə bil, belə də olmalı imiş kimi, əzilmiş, döyülmüş, alçaldılmış, hər şeyi əlindən alınmış adamların üstündən sıra ilə hoppanıb həyatımıza davam edirik və onlara heç fikir də vermirik. Yəqin, elə həqiqətən də, belə də olmalı imiş. Nə bilmək olar?!
HalqaRamazan Rizvan · Owl Neşriyat · 202436 okunma
·
116 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.