Gönderi

9/10
·340 syf.··
Beğendi
·
2024 28. kitabı
·
5 günde okudu
·
Okunma: 17 Ağustos 2024 20:16
Bir kitabı alarkən, təbii ki, hamı kimi öncəliklə onun proloqu ilə maraqlanıram. Lakin fikrimcə kitabın adı da kitab haqqında bir çox şeyi deyir. Eynilə bu kitab kimi məni kitaba yaxınlaşdıran elə onun adı idi ( intriqa, qeyri-adilik sevdiyimdəndir bəlkə) Adı məndə böyük maraq oyatmışdı alanda. Beləcə maraqla bitirdiyim bir digər kitab Başsız AtlıBaşsız Atlı. Kitab dedektiv janrında qələmə alınmışdır amma bu kitabı Agatha ChristieAgatha Christie qələmi ilə müqayisə eləmək olmaz məncə. Süjet etibarilə düzünü demək lazımdırsa, çox da güclü bir yanı yoxdur. Bununla belə maraqldır ki, oxucunu özünə bağlamağı bacarır. Oxuduqca oxuyası gəlir adamın. Bir sıra məsələlərə toxunulub kitabda. Eşq, məhəbbət, dostluq, qısqanclıq vs. Lakin nə dedektiv janrı kimi tam odur nə də romantika uclardadır. Bununla belə deməliyəm ki, kitabda məni özünə bağlayan ən başlıcası atlar, savannalar, düzən, mustanqlar, kovboyvari həyat idi. Bu nöqteyi-nəzərdən çox gözəl qələmə alınıb. O atmoseri duya bilirsən. Axıcı, çox da yormayan, maraqlı əsər vaxt edib oxumağınızı tövsiyyə edərdim.
Düşünce
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
··
1 +1'leme
·
156 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.