Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

164 syf.
10/10 puan verdi
·
Beğendi
“Tanıdığınız insanla iyi davranın her biri hayat mücadelesi yapıyor” demiş birisi. Necə ki, Raif Əfəndi gənc oğlana sıxıcı biri kimi gəlmişdi. Heç kimlə danışmayan, içinə qapanıq, səssiz bir insan. Həyat boyu çox haqsızlıqlara tabe olmuş, müqavimət göstərməmişdir. Sevmədiyi bir qadınla ailə həyatı qurmuş, başqalarının istədiyi kimi həyatını davam etdirmişdir. Mənasız həyat yaşadığını zənn edirsən, necə olurda ona haqsızlıq edən insanlara qarşı bu dərəcə sakit və səbrli olur? Sən demə hər bir insanın öz içində yaratdığı bir dünyası var… Sonradan onun hekayəsini oxuduqca başa düşürsən. Bəlkə də, heçnə artıq ona çəkdiyi iztirablar qədər ağır gəlmir. Heçnə qəlbini əvvəlki hadisələr kimi qırmır. Əslində Raif Əfəndi yaşamır, sadəcə nəfəs alır və günlük həyat işlərini görür. Ondan ötrü yaşadığını hiss etdiyi sadəcə bir anı olmuş və bunu gündəliyinə yazmışdır. İş yoldaşı Rasim, Raif Əfəndini daha yaxından tanımaq üçün bu gündəliyi oxuyur. Kitab çox möhtəşəm və axıcı kitabdır. Oxumaq istəyənlər heç vaxt peşman olmayacaq, uzun müddət təsirində qalacağınız bir kitab olacaq.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021315,6bin okunma
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.