Puan vermedi·128 syf.····Okunma: 03 Eylül 2024 10:49 Salamm!!
İlk öncə kitab haqqında qısaca fikirlərimi bölüşüm. 128 səhifə boyunca həyəcan içində qaldım, hər səhifədə təəccüblənməmək qeyri mümkün idi. Çoxx sevərək oxudum, və dəhşət axıcı kitab oldu mənim üçün.
İndi mövzusundan qısaca danışacam. Deməli prokuror (savcı) Ziya və onun başına gələnlərdən danışır. Ziya ailəsi ilə gəzintiyə çıxmağa hazırlaşır. Və bir qəza nəticəsində komaya girir. Ən həyəcanlı hissələr də elə bundan sonra başlayır. Ziyanın başına gələnlər onun üstünü örtdüyü dosyalarda olan ədalətsizliklər olur. Hər etdiyini bir-bir yaşayır. Kitabı bitirəndən sonra insan özünü və keçmişini sorğulayır. Səhvlərini, incitdiklərini və s. Günümüzü elə yaşamalıyıq ki, gələcəkdə bu günümüz üçün özümüzü sorğulamayaq
Kitabın içinə girmişdim sanki.. Gecə yatanda da Ziyanın gözü ilə gördüklərim sayəsində bütün yuxum qaçdı
Ümumilikdə əsəri çox sevdim.
Kitabla qalın!
Oxuyacaq olanlara xoş mütaliələr!