Kitab : Alice Harikalar Diyarında
Yazıçı : Lewis Carroll
Səhifə : 106
Nəşriyyat : İş Bankası Kültür Yayınları
Hərkəsin oxuyub sevə biləcəyi bir əsər...Alisa Möcüzələr Diyarında...Bəlkə də hər birimiz Alisa kimi daxilən həmin dünyada olmuşuq. Yada hər birimizin zehnində canlandırdığı dünya Alisa kimi olub. Kitab içərisində olan mövzular; Alisa ilə heyvanların əlaqəsi və aralarında keçən dialoqlar; müxtəlif amma maraqlı obrazlar oxucuları daha doğrusu məni özünə cəlb edirdi. 1 gündə oxuyub bitirə biləcəyiniz bir əsərdir həmçinin, uşaqlara xitab etsədə, zənnimcə, böyüklərdə heç çəkinmədən oxuya bilər. Kitabı oxuyaraq daxili dünyanız daha çox addımlarla irəliləyəcək və xəyal dünyanızı Alisa birazda olsa çiçəkləndirəcək...
Ramin Xudaverdiyev