9/10
·160 syf.··
2024 30. kitabı
·
14 saatte okudu
·
Okunma: 10 Eylül 2024 13:41
Oxumağa başlarkən bu qədər zərif və incə cümlələrlə bəzənmiş bir kitabla qarşılaşacağımı təsəvvür etməmişdim.. Oxuduqca beynimdə sadecə “kaşki zaman geri axsa” düşüncəsi fırlanırdı. Necə 20-ci əsr insanı özünə heyran buraxacaq qədər zərif, saf və təmiz sevgi bəsləyən bir qəlbə sahibdir ki?! Niyə dövrümün insanından bunları gözləmə haqqımızı itirmişik?! Zaman irəlilədikcə insan ruhu geriyə gedir sanki. “Sen bu karanlık ömrümün içine bir sevinç ışığı gibi, kurumaya yüz tutan ekinlere can veren bir nisan yağmuru gibi birdenbire geldin.” “Ben kendimi iyi insan olmayı isterim, fakat kötü olanlara da hayretle bakmam. Hatta kızmam bile, ancak kötülükleri bana taalluk ederse kendimi müdafaa ederim. Şunu esas olarak kabul etmeliyiz ki insanların hemen ekserisi yalnız kendilerini düşünürler. Dünyadaki bütün felaketlerin, uygunsuzlukların, bayağılıkların sebebi işte bu her şeyden evvel kendini düşünmek illetidir” Sabahattin Ali nin 5 ci kitabı olaraq oxuduğum Canım Aliye, Ruhum Filiz i nə qədər tərifləsəm, nə qədər xoş sözlərlə təsvir etsəm az qalar. Digər 4 kitab bir yana, Canım Aliye, Ruhum Filiz başqa yana:). 2 ci məktubu oxumağım, üzümdə gülümsəmə, qəlbimdə tatlı bir sevgi hissinin yaranmasına yetmişdi. Sevgili nişanlısı Aliyəsinə olan təmiz, saf və dərin sevgi, ailəsinə qarşı olan mərhəmət, bağlılıq, nəvaziş… Məncə yazarı az da olsa tanımağa bir neçə məktubu oxumaq belə yetər. “Sevgili karıcığım” diyə səslənişi, “binlerce kez gözlerinden öperim” deyə məktubu bitirişi.. Bir insan sevdiyinə ancaq bu qədər qayğı ilə yanaşa bilərdi uzaqda olmasına rəğmən. Həyat və seçimləri, onu ailəsindən uzaqda olmağa məcbur etsə də, aylarla həbsdə qalsa da, məktubları hər zaman sevgi və özləmlə daşır. “… bana böyle şeyler yazma.. Sonra ben sana deli gibi aşık olurum” “İkl mektuplarımda ‘… bana böyle şeyler yazma.. Sonra ben sana deli gibi aşık olurum’ demiştim, oldum işte… Sana bugün çılgın gibi aşığım.” Həyatı haqqında kiçik araşdırma apararkən Aliyə xanımdan öncə uğursuz sevgi həyatı olduğunu gördüm. Qarşılıqsız sevgilər bəlkə də onun qəlbini Aliyə xanımı daha da gözəl sevməyə hazırlamışdı. “… yazıları kıskanma. Hiç bir zaman dolmayan boş gönlümün sesleridir onlar.” Məktubunun birində “Ben hep genç kalacağım” deyən Sabahattin bəy.. Dediyi kimi də oldu.. O hər zaman 41 yaşında bir insan olaraq ölümsüz biri olaraq yaddaşlarda yaşayır. Ölümünün gizəmini qoruması, qatili və məzarının ortada olmaması.. bunlar ayrı üzücü. Mənim üçün Türk ədəbiyyatına adını qızıl hərflərlə yazdırmış, dəyərli bir yazar. Əsərləri isə zamansız. “Bir ümidim yok. Bu sondu. Artık hiçbir şeyin değişmesine imkan yok, lüzum da yok. “ (Kürk Mantolu Madonna-S.A) Xoş mütaliələr. :)
Canım Aliye, Ruhum FilizSabahattin Ali · Yapı Kredi Yayınları · 202031,5bin okunma
·
1 +1'leme
·
188 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.