9/10
·320 syf.··
2024 151. kitabı
Psixonalizi sadə dillə izah etmək üçün,daha doğrusu sadə üsulla desək daha doğru olar,mühazirələrin əksəriyyəti yuxularla bağlıdır.Rəylərin əksinə,mən bu kitabı böyük maraqla oxudum və üç günə bitirdim.Kitabı oxuyarkən,yuxularımız da şəkillənən nəsnə və fraqmentləri,əslində heç düşünmədiyimiz və bəlkə də,yuxularda olan senzura kimi,həyatımızda bunun yer tutması ilə dərk etməkdən çəkindiyimiz şəkilləşmiş nəsnəslərin libido üzərində qurulduğunu Freyd,Şperberin dilin ilk insanlarda həzz hissinin üzərində formalaşdığı iddiası və keçmiş miflərdə təsadüf olunan,bu gündə işlək olan sözlərlə əlaqələndirib,çox səlist və gözəl şəkildə mahiyyətlərini açıq və aydın izah edib.Həmçinin siz bu kitabdakı nüansları bilməklə,digər ədəbi əsərlərdəki sətiraltı psixoloji məqamlarıda artıq çox tez fərq edə bilərsiniz.Ümumilikdə Freydin kitabları oxunmalıdır.
Psikoloji
Psixoanalizlə İlkin TanışlıqSigmund Freud · Qanun Nəşriyyatı · 20160 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.