Gönderi

Puan vermedi·240 syf.··
Beğendi
·
2024 4. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Mayıs 2024 14:24
C. Krişnamurti -Sən öz həyatınla nə edirsən? Bəzi kitablar var ki, onları oxuduğum üçün özümü şanslı hiss edirəm. Çünki öz beynimə və qəlbimə səyahət etməyə körpü rolunu oynayırlar. Bu da o kitablardandır. Həyatımızda əhəmiyyətli yer tutan mövzulara toxunulub və çox incəliklə izah olunub. 1. Düşüncə, qaçış, əyləncə 2. Zövq, Ehtiras, istək 3. Qorxu, qəzəb, şiddət 4. Kədər, əzab 5. Depressiya, tənhalıq, təklik 6. Təhsil, sevgi, ailə, din, Allah və s. Hər mövzu çox vacib olduğundan ümumiləşdirib fikir bildirmək çox çətindir. C.Krişnamurtinin baxış bucağı o qədər fərqli gəldi ki, digər kitabların hamısını almağı düşünürəm. Kitabın başlıca məqsədi “Mən” ini daha yaxşı və yaxından tanıyaraq gözəl həyata, qəlbə, sahib olmaqdır. İnsanın öz “Mən” ini şablonlardan, adətlərdən, dindən, ailəsindən qurtarıb ( arındırıb ) kim olduğunu tapmağa kömək edərək xoşbəxtliyə, rifaha aparmaqdır prioritet. Xoşbəxtlik nədir? Xoşbəxtlik kədərin olmadığı həyat yox, məhz kədəri yaşayaraq əldə edilən, yaşanılandır. Krişnamurtiyə görə nəyin içindəsənsə onu hiss etməklə indini yaşamaq mümkündür. Əks halda bütün həyatımız qaçışla keçəcək ya kədərdən qaçış ya da xoşbəxtliyin arxasından qaçış. Biz nəyə görə xoşbəxtlik istəyirik? və ya xəyal qururuq? Çünki Zövqün, sevginin, ehtirasın və s. bizə verdiyi hisslərdə bizə aid olan bə bizim aid olduğumuz hər şeyi unuduruq. Onların dəvamlılığını təmin etmək üçün çalışırıq. İnsan yaxşı anlarında öz “Mən”ini itirir. Çünki “Mən” fikirlərlə, yüklənmiş məsuliyyətlərlə, kədərlə, planlarla doludur. Krişnamurti bunun izahını belə verir. Boş bardaq işə yaraya bilər. İçi dolu bardaqla heçnə etmək mümkün deyil. İnsan da belədir. İnsan beynini fikirlərini boşaltmalıdır. Əks təqdirdə öz həyatında heç vaxt rahatlıq tapmayacaq. Bu kitabın içindən kiçik hissədir. Kitabla mükəmməl zaman keçirdim. Oxumağın vacibliyini vurğulayaraq Şiddətlə tövsiyyə edirəm Sən Öz Həyatınla Nə Edirsən Jiddu Krishnamurti
1000Kitap
Sən Öz Həyatınla Nə EdirsənJiddu Krishnamurti · Qanun Neşriyyatı · 036 okunma
·
93 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.