Gönderi

Zaman
10/10
·272 syf.··
Beğendi
·
2024 23. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Eylül 2024 17:09
Bəzi kitablar uşaq kitabı adı ilə, içində uşaq olan daha doğrusu, uşaqlığı ilə bağlı unutmadığı, unutmaq istəmədiyi xatirələri olan insanlar üçün yazılır. Hər sətirdə, hər səhifədə öz uşaqlığına, öz xəyallarına və yaşantılarına geri qayıdır. Bu kitabın əsas xüsusiyyəti zaman anlayışı və ona uşaq gözü ilə baxmaqdır. Müasir dövrdə sosial mediada kontent yaradıcılarının böyük əksəriyyəti zamanın idarə olunması, effektiv dəyərləndirilməsi kimi kontentlər yaradır, bu kitabda vurğulandığı kimi zamana qənaət etməkdən danışır. Əsas sual qənaət edilən zaman nə üçün istifadə olunmalıdır? Xəyal qurmaq, xoş xatirələr toplamaq, əylənmək, kəşf etmək bunlar üçün, yoxsa? Daha çox pul qazanmaq, daha çox oxumaq, daha çox çalışmaq? Kitab 1973 - cü ildə nəşr olunub və yazıçı bir çox mükafata layiq görülüb. Əslində kitab bu günü daha çox təsvir edir, hazırkı dövrdə hər kəs məşğuldur. Ən önəmlisi məşğul olmayan insanlar "asudə" olan zamanlarını da necə keçirəcəklərini bilmirlər. Bu kitabı əslində istər valideynlər, istərsə də digər şəxslər oxumalıdır bu sayədə ətrafın üstümüzdə yaratdığı yanlış zaman qavrayışını aşa bilərik. Zaman bizim üçün dəyərli olan insanlarla bölüşdüyümüz zaman dəyərlidir. Bir çox valideynlər uşaqlarının necə tez böyüdüyünü bilmir, gələcəkdə hər zaman edə biləcəyi işlər üçün, izləyə biləcəyi, görə biləcəkləri üçün övladlarına olan diqqət və qayğını kənara qoyurlar. Halbuki zaman keçir və əsla geri qayıtmır. Bu zamanda yaşanan duyğu başqa bir zamanda mümkün olmur. Bu gün uşağınızın sevinc anında olan duyğunu bölüşmədikləri təqdirdə heç bir zaman o imkan olmayacaq. Bu kitab zamanın dəyərini daha çox qazanmaq formasında deyil, daha çox bölüşmək formasında izah edir. Bir digər toxunulan nöqtə uşaqların xəyal dünyası və oyuncaqlarla bağlıdır, müasir dövrdə oyuncaqların və oyunların inkişafı uşaqların xəyal qurma potensialını alt-üst edir. Nə qədər çox bahalı və əyləncəli görünən oyuncaq alınsa, uşağın inkişafı o qədər zəifləyir. Bunlar tamamilə kitabın məndə yaratdığı şəxsi təəssüratlar əsasında yazılıb.
Kitap
MomoMichael Ende · Qanun Nəşriyyatı · 201982,2bin okunma
·
89 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.