8/10
·200 syf.··
2024 41. kitabı
Bir kitabda bütün personajların həyatlarını dinləyib, olanları onların adından oxumaq, hamıyla empatiya qura bilmək üçün detalların bu qədər maraqlı yazıldığı kitab. Bir oturumda oxuyub bitəcək kitabdır. Bitəndən sonra isə uzun uzun divara baxıb haqqında düşünmək lazım olur. Kitabda hər kəsin hekayəsinə ayrıca pis oldum. Heç kim üçün “sən buna layiq idin, yaxşı ki başına bu gəldi” deyə bilmədim. Çiğdem istisna. Emin belə xoşbəxt olmaya layiq idi. Sadəcə çox çox qorxaq biri idi. Ekrem ən sonda Sevgiyə həqiqəti deməklə bütün əsəbini çıxardı. Amma sənin dünyan dağılır deyə başqasının da dünyasını bu qədər acımasızca dağıtmaq. Ethem isə sonunda içindəki bütün boşluqları doldurub, bütün suallara cavab tapdığı üçün, hardasa xoşbəxtliyi tapdığı üçün öz yaxınım xoşbəxt olmuş qədər sevindim. Hadisənin belə hər personajın dilindən yazılması bir az Lost serialını da xatırlatdı. Ən sonda isə deyilməmiş sözlər, açılmamış sirlər həyatı özümüzə zindan etməyin ən mükəmməl üsullarındandır. Əgər hələ də bu kitabı oxumamısızsa mütləq ən qısa zamanda oxuyun, oxutdurun.
Söyleme BilmesinlerŞermin Yaşar · Doğan Kitap · 202524,4bin okunma
·
69 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.