Bir kitab niyə bu qədər uzun olsun, gərəksiz yerə həm də. Bütün kitabı 20 səhifəyə belə sığışdırmaq olardı bəlkə. Tin VVİn adlı Myanmarlı (Burmalı) Amerikada 5o ildir yaşayan vəkil bir gün itir. Qızı Julia da onu tapmaq üçün vaxtilə atasının Burmada Mi Mİ adlı bir xanıma yazdığı amma göndərmədiyi məktubdakı adresə gedir. Burmaya çatanda kafedəki U Ba adlı bir kişi ona yaxınlaşır, onu və atasını tanıdığını deyir və əgər atasının harada olduğunu bilmək istəyirsə onunla bu kafedə görüşməsini təklif edir. Birincisi, çoçuğum niyə ilk dəfə gördüyün və haqqında bu qədər detal bilən birinə güvənirsən. çox yaxşı qorxu hekayəsi çıxa bilərdi burdan amma çıxmır )) İkincisi çoçuğum U Ba Tin ölübsə (spoiler---ölüb) qadası, bunu niyə demirsən ilk görüşdə. Denən ki atan həyatda yoxdur artıq amma onun uşaqlığını, yeniyetməliyini bilmək istəyirsənsə sənə detallı danışım. Üçüncüsü, kişilər çox qorxaqdır, cəsarətsizdir. Bu hekayədəki Tin də daxil.
Ümumi götürsəm Burma xalqının bu qədər çox astrologa, batil inanclara inanması, Mi mİ və Tinin belə möhtəşəm (40 ildir görmürlər bir birlərini ən son 18 yaşda görüblər) sevgisinin təsviri mənə bir az absurd gəlir. Təbii ki yəqin belə ilahi, dünyamızda görülməsi çətin olan sevgilər var amma mən buna inanmıram. Ən azından bu qədər də yox da.
Hekayəmiz isə atası öləndən sonra anasının dekabr cümə günündə doğulması ilə lənətli uşaq olduğuna inandığı qəhrəmanımız Tin anası tərəfindən də tərk edilir. Qonşusu Su Kyi baxır ona. Sonra kor olur Tin. Katarakt keçirir. Monastra gedir. Orda ayaqları işləməyən Mi Mi ilə tanış olur. Mükəmməl sevgi başlayır. SOnra Tinin zəngin əmisi Tini yanına çağırıb gözlərini müalicə etdirir. Çünki Tinin əmisinə astrolog deyib ki bir qohumunuza kömək et işlərin əla gedəcək. Astrolog bir az da qaz verir deyə gözlərini açdırandan sonra Tini məktəbə göndərir əmisi paytaxtda, bir az da qazdan sonra )) Amerikaya oxumağa göndərir. Təbii bütün bunlar olarkən Mi Mi və Tin birbirinə məktub yazır amma əmisi məktubları yollamır, Mi Midən gələn məktubları da Tinə vermir. Amma bütün bu hakeyədə Tin çıxıb demir ki a qardaş mənim sevgilim var da burax gedim onun yanına ya o da gəlsin bura. Baş üstə əmi deyə deyə davam edir həyatına. Sonra AMerikada bir qadınla evlənir. İki də uşağı olur Burmanı xatırlamadan mutlu məsut yaşayır bir gün də hisss edir ki Mi Mİ öləcək şələ şüləsini yığıb gəlir BUrmaya kafedə tatatadamdadam oğlu U Banı tapır ona bütün hekayəni danışır sonra gedir Mi Minin yanına bir yerdə elə ölürlər. Bu kadarcııık. Bütün hekayə tam olaraq budur)) Bu qədər uzun yazmağa nə gərək vardı?
ən sonda isə qorxaq insanları həyatınızdan, yan yörənizdən çıxarın Sevgiylə qalın