Müəllif bu əsərində (və ya əsərlərindən çıxarışlar toplusunda) fəlsəfənin elm sahəsi kimi deyil,incəsənət sahəsi kimi görür.(Platonun "ideyalar səltənəti" ideyasına əsaslanıb,yeni və özünəməxsus şəkildə).Fəqət bəzi yerlərdə bu anlayışı;"Fəlsəfə elmlə incəsənətin arasındakı xəyali cığırda yer tutmuşdur"kimi ibarəyə bənzər yolla onu tərif edir.Həmçinin Hegelin,Fixtenin həm idealist nəzəriyyələrini,həm də özlərini yerdən-yerə vurur.Panteizmi nəzakətli ateizm adlandırır.(Müəyyən mənada çox məntiqli bənzətmədir).Neçənci fəlsəfi kitabdır ki,artıq tərcüməçinin adına rast gəlirəm və buna görə Araz Gündüzə minnətdarlığım var.Son olaraq deyə bilərəm ki,ümumi məlumat üçün və Artur Şopenhauerin fəlsəfəsini müəyyən mənada anlamaq üçün oxunmağa dəyər.