Gönderi

10/10
·96 syf.··
Beğendi
·
2024 64. kitabı
Azərbaycan ədəbiyyatının Ölü Canlar-ı. Dahi mütəfəkkir Mirzə Cəlilin cəhalət, nadanlıq, ifratçılıq, qadın əsarəti, haqsızlıq kimi dövrün və 100 il keçsə də günümüz üçün belə aktual olan problemlərinə yazdığı ədəbiyyat incisi. Əsərin adına diqqət çəkmək lazımdır hər şeydən öncə. Ölülər dedikdə Mirzə Cəlil kimləri nəzərdə tuturdu? Torpağın altındakı mərhumları, yoxsa üstündəki "möminləri"? Dırnaqarası mömin deyirəm, çünki əsl müsəlman o şəxsdir ki, islamın buyurduğu həqiqətlərə inanır, İsfahan lotusunun uydurduğu fırıldaqlara yox. Təəssüf ki, İsfahandan gələn Şeyx Nəsrullah müqəddəs, bizim çox dindar hacılarımızı, məşədilərimizi ölüləri diriltmək adı ilə aldadıb, 9-10 yaşındaki qızlarını siğə edərək yanına alır. Bəs bütün bunlara gülən və qarşı duran heç bir nəfər də yoxdur? Əlbəttə ki, var. Hamımızın yaxşı tanıdığı, el arasında sərxoşlara adını ləqəb kimi verdiyimiz Kefli İskəndər. İskəndər nə qədər Şeyx Nəsrullah ilə zidd mövqedə dayansa da, Müsibəti-Fəxrəddin-dəki Fəxrəddin kimi fəal avtiv deyil, fikrimcə. Olanlara gülərək, lağ edərək, yumora salaraq qarşı durmağı kifayət bilir. Söz yox ki, belə bir cahil mühitdə nə qədər qabağa getmək olardı?! Əsl dinin və ifratçılığın mahiyyətini anlamaq baxımdan olduqca önəmli əsərdir. Əsərə ifratçılığın və cəhalətin gətirdiyi faciələr kimi ideya vermək olar.
Düşünce
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
·
1 +1'leme
·
316 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Üzərindən 99il keçsədə hələdə bu ideologiyalardan bəziləri yaşayır ) çox təəssüf
Akbar
Gönderi Sahibi
Haqlısınız. Düzü elə hamısı
Akbar
Gönderi Sahibi
Mirzə Cəlil haqqında bir faktı da qeyd edim. Azərbaycanda və ümumən şərqdə ilk feminist idealogiyanı təbliğ edən ədib olub. Qadın kişi bərabərliyi məsələlərinə geniş yer verib əsərlərində. Elə Ölülərdə də 9 10 yaşlı uşaqların evləndirilməsi, qadınların şiddətə məruz qalması, döyülməsi, söyülməsi, uşaqların əqli çatmazkən qara çadraya zorla salınması, babası yaşlı kişilərə verilməsi bunlaıen hamısı var əsərdə hamısına toxunub. Boşuna sevmirik ki bu kişini