Gönderi

9/10
·136 syf.··
Beğendi
·
2024 7. kitabı
·
7 saatte okudu
·
Okunma: 29 Eylül 2024 17:02
Seymur Orucun - Nikolya Boneni Şərqə aparan hekayə adlı romanını oxuyub bitirdim. Gənc (1994 təvəllüdlü) yazar Seymur Oruc ixtisasca mühəndisdir. “Nikolya Boneni Şərqə aparan hekayə” Seymur Orucun ikinci romanıdır. Bu roman 2022-ci ildə “TEAS PRESS” nəşriyyatının təsis etdiyi “Gənclərin roman müsabiqəsi”nin laureatıdır (II yer). Kitab Şərq-Qərb münasibətləri və cəmiyyətlər, dəyərlər arasındakı fərqlərin müşayiəti ilə sizi Avropa paytaxtlarına – Parisə, Londona, ardınca isə Qafqaza – Yerevana və Bakıya kimi gətirən həqiqət axtarışının hekayəsidir. Qəhrəmanımız – “Reuters” agentliyinin əməkdaşı Nikolya Bone ən əvvəldə bilmirdi ki, öz həqiqətini tapmaq üçün çıxdığı bu yol onu bir xalqın həqiqət axtarışlarına gətirib çıxaracaq, hətta bəlkə də, bir caniyə çevirəcək… Əsərdə ana xətt erməni-müsəlman davasıdır. Gənc olmasına baxmayaraq yazar çox gözəl bir iş ərsəyə gətirib. Fransada yaşayan jurnalist Nikolya Boneni öz ailəsinin bioloji olmadığını öyrənir.13000 dollara hazırki Fransız ailəsinə Azərbaycanlı ailə tərəfindən satıldığını öyrənən Nikolya Azərbaycana nifrət edir. Lakin sonradan onun Qarabağ savaşında əsir düşmüş anasından erməni tərəfindən qoparılaraq satıldığını öyrənir.. Erməni vəhşiyi bu əsərdən də yan keçməyib. Böyük təəssüf hissi ilə əsərin sonluğunu dəyişmək istərdim. Mən Nikolyanın yenə də azərbaycanlı olduğuna inanaraq kitabı sonlandırdım. Yazıçı şübhə toxumları səpməklə qəhrəmanın gah Azərbaycan gah erməni olduğunu oxucuya çatdırır. Seymur Oruc, Nikolyanın sizin təxəyyülünüzdə azərbaycanlı olduğuna inanmaq istəyirəm!!! Həqiqətən insan öz vətənini, valideynlərini, övladını və çoğrafiyasını seçə bilmir. P.S. Geçikmiş ədalət ədalətsizliyin özüdür , Seymur Oruc!!Həqiqətən də gecikən ədalət ədalət sayılmır. İnsanın yarasına su səpmir ..Asya xanımın
Nikolya Boneni Şərqə Aparan HekayəSeymur Oruc · Strauss Nəşriyyatı · 202341 okunma
·
84 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.