10/10
·144 syf.··
Beğendi
·
2024 5. kitabı
·
18 saatte okudu
·
Okunma: 30 Eylül 2024 14:57
Məsələ burasındadır ki, sabah yenə yaşamaq məcburiyyətindəyik... Jean Teulé’nin “İntihar Dükanı” məhz bu absurd paradoksu ustalıqla işləyir. Kitabı oxuyarkən, sanki qara yumorla dolu bir yuxu görürsünüz, rejissor kürsüsündə isə Zeki Demirkubuz əyləşib. İnsan təbii ki, belə bir hekayənin axarına girəndə, özünü bir nöqtədə intihar haqqında düşünərkən tapır. İntihar dükanı, həyatından bezmiş insanlara ən qəribə və rəngli seçimlər təqdim edir – bəzən o qədər təklif var ki, sanki hansı birini seçəcəyinizi bilmək çətindir. Yazar oxucunu qaranlıq bir dünyaya aparır, amma bu qaranlığın içində işıq tapmaq mümkündür. Əsərdə ən çətin mövzular – ölüm, həyatın mənası, ümidsizlik – qara yumorla işlənsə də, oxucuya dərindən düşünmək üçün geniş bir meydan açır. Elə ki, personajların hər biri ilə tanış olursunuz, onların taleyinə, qərarlarına yaxınlıq hiss edirsiniz. Amma... məsələ ondadır ki, sabah yenə yaşamaq lazım gələcək. Həyat hər zaman öz absurd davamlılığı ilə qarşımıza çıxır, nə qədər qaranlıq olsa da, biz yaşamağa davam edirik.
İntihar DükkânıJean Teule · Sel Yayıncılık · 202417,8bin okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.