Zülfü Livaneli’nin kitabını oxuduqca sadəcə bir hekayənin içində olmayacaqsınız. Özünüzü bir adanın sakinlərindən biri kimi hiss edəcək, orada yaşayan insanların yaşadığı sıxıntıları dərindən hiss edəcəksiniz. Çünki zamanında haqsızlıqlara qarşı səsinizi yüksəltmədiniz. Demokratiya adı altında əlinizdən alınanlara biganə qaldınız. İllərdir yanınızda olan insanlara qarşı edilən haqsızlıqlara, etiketləmələrə göz yumdunuz.
İndi isə bu biganəliyin, bir liderin arxasınca düşünmədən getməyin, şəxsi maraqları ön planda tutmağın, haqsızlıqlar qarşısında susmağın, eqoizm və laqeydliyin bədəli ilə üzləşmək vaxtıdır. Bu kitab, sizə bəlkə də hər kəsin içində gizlətdiyi bu günahların əksini göstərərək bir aynaya çevriləcək. Ədalətin və vicdanın önəmli olduğunu bir daha xatırlayacaqsınız.