Gönderi

7/10
·140 syf.··
Beğendi
·
2024 173. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Ekim 2024 16:10
Əslində, çox qəşəng başlamışdı kitab. Oxumağa başladığım zaman klassik Azərbaycan ədəbiyyatının - İsmayıl Şıxlı, İlyas Əfəndiyev qələminin dadını hiss etmişdim. Amma kitabın ortalarına gəldikcə həmin üslub zəiflədi, zəiflədi, sadə düz yazıya çevrildi. Hadisələr bəsit şəkildə axdı, sadəcə. Bədiilik cəhətdən zəif olsa da, ümumi hekayə, hekayənin vermək istədiyi mesaj qəşəng idi. Baş roldakı Türkanı İlyas Əfəndiyevin Nuriyyəsinə ("Söyüdlü arx") bənzətmək olar bir az. Peşəsinə olan sevgisi, qərarlarından dönməzliyi, dözümlülüyü Nuriyyəni xatırlatdı mənə. Amma Türkanı bir obraz olaraq sevmədim. Əsərin əsas, müsbət obrazıdır bəlkə, amma niyədirsə, mən 0 qüsurlu, ideal, mükəmməl obrazları sevmirəm. Saxta görünür bir az. Türkan da elə təsir buraxdı. Zaman itkisi sayılmayacaq qədər yaxşı idi. Amma müəllifin "Canavar ovu" kitabını daha çox sevmişdim.
Edebiyat
TürkanTural Sahab · 201917 okunma
··
330 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.