Tolstoyun indiyə kimi oxuduğum deyə bilərəm ki,ən gözəl kiçik həcmli əsəridir.Hətta bu əsərdə toxunduğu ekzentrik insan xislətini bu cür parçalayıb,bu cür doğru düzgün analiz etməsi məni şoka saldı.Hətta Serginin şəhvətlə mübarizəsində barmağını kəsməsi hadisəsi o qədər çoxşaxəli və fəlsəfi bir səhnədir ki,mən bu səhnənin dərinliyində daldım və başım hərləndi.Hətta bəzən pisliklə mübarizə edərkən belə,insan pisə tabe olur.Təkəbbür,şöhrətpərəstlik yazıq insan övladının sağalmaz xəstəliyidir.Bütün bunlara baxmayaraq,əsərin sonunda,Tolstoyun ortaya qoyduğu məsələnin həlli də özünü tapıb.Sadəcə mükəmməl bir əsərdir.Çox gözəl vaxt keçirdim bu əsəri oxuyarkən.Mütləq oxunmalı əsərdir.