Gönderi

İyrənclik, rəzillik və dahası var..
2/10
·400 syf.··
2024 38. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Kasım 2024 19:27
Zatən zəif olan oxuma həvəsim son zamanlarda, dərslərimin ağırlığı və bir sıra problemlərə görə yox dərəcəsindəydi. Oxuma həvəsimin bərpa olunacağı ümidi ilə başladığım kitabdan isə bütün varlığımla iyrənərək, soyuyaraq ayrıldım. Şantaj haqqında eşitməyən qalmadı yəqin ki. Yaxşı reklamlar, paylaşımlar sayəsində kitab oxundu və oxutduruldu. Elhan Elatlı -dan bu günə qədər heç kitab oxumamışdım, ilk kitabım Şantaj oldu, ilk və son. Bu kitabı abituriyent olanda eşitmişdim və kənddən Bakıya gələndə çox tövsiyə etmişdilər. Son olaraq, kitab sərgisində oxucular tərəfindən çox sevildiyinə şahid oldum, kitabı əldə etdim və üstəlik imzalatdım da. Sərgidə Elxan bəyin də kifayət qədər öz qələmindən razı qalmasına və sevməsinə güvənərək kitaba başladım. Amma başlamaz olaydım... Kitabın nə özünəməxsus bir fikri, nə də xüsusi bir "alıntı"sı vardı. Sanki bir insanın gündəliyini oxuyurdum. Bildiyimizə görə, kitab avtobioqrafik janrdadır; Ülkər adlı bir gənc xanımın başına gələnlər qələmə alınıb. Amma yazıçının kitaba qatacağı heçmi bir şeyi olmaz?! Normalda çox duyğusal bir insan olduğum üçün, hər şeyə ağlaya bilən mən, buradan zərrə də olsa hiss ala bilmədim. Nəyinki ağlamaq, heç təsirlənmədim də. Kitab təhkiyə baxımından mənə çox quru və zəif gəldi. Necə böyük həvəslə başladım və hər bölüm keçdikcə "bəlkə həyəcanlı hissə qarşıdadır" dedim, "bir az da oxuyum, bir az da" və kitab bitdi..:) Arada özümə sual verirdim ki, doğrudan da böyüdülən kitab budurmu? Kitabda o qədər absurd hissələr vardı ki, Ülkərin faciəsinə gülməkdən üzülə bilmədim. Bəzi şeylərin davamlı təkrarlanması, yazıçının hər bölümdə özünün reklamı isə bir az mənasız idi. Qadın o qədər problem içində ikən hələ də "sevimli yazıçısına" olan sadiq məhəbbəti gözlərimi yaşartdı, vallah!:) Ülkərin və ətrafında olan bütün qızların qarşısına bir dəfə də normal bir insanın çıxmaması da reallıqdan çox uzaq idi. Ətrafında olan bütün kişilərin Ülkərə vurulması və cinsəl düşüncələri isə sadəcə dəhşət idi. Eyni gündə iki insanın qətli və bunun beş gün ərzində üstünün açılmaması isə ancaq və ancaq utopik bir dünyada baş verə bilərdi, elə deyilmi? Xeyr, bu hadisə Azərbaycanda və məhz Bakıda baş vermişdi. Ümid edirəm, bu qədər fakt kitabın reallıqla əlaqəsinin necə də zəif olduğunu anlamağa yetər. Bunlardan əlavə, kitabda hədsiz arqo ifadələrin və ağır söyüşlərin olması, zənnimcə, gərəksiz idi. Olayın ağırlığını göstərmək üçün güclü söyüşlər deyil, güclü ifadələr lazım idi. Təəssüf ki, o da yox idi. İfrat dərəcədə cinsəllikdən bəhs edilməsi isə bir yerdən sonra sadəcə ürək bulandırırdı. Oxuyanda mən utanırdım. Bu qədər açıq ifadələrə ehtiyac yox idi. Ümumilikdə, kitabın təbii və ağır olması üçün hər şey edilib, amma bunlar işə yaramayıb. Mövzu ağır olsa da, kitab çox zəif işlənmişdi, məncə. Kitab haqqında daha çox söz yazmaq istərdim, amma bu qədər yetər, məncə. Son olaraq onu deyə bilərəm ki, kitabın əldə olunması prosesi iki saat, oxunması isə üç günümü aldı. Kitabı bitirdikdən sonra üzüldüyüm tək şey boşa gedən on bir manatım və üç gün, iki saatım oldu. Korlanan zövqüm və mental sağlığımı çıxmaq şərti ilə..
İnsan ve Duygular
ŞantajElhan Elatlı · Teas Press · 0492 okunma
··
1.544 Gösterim
6 Yorum
Lütfen giriş yapınız.
Bu kitabı oxumamışam. Lakin bir iki kitabını çıxmaqla bütün kitablarını oxumuşam. Hem de hevesle. Demək olar ki, dedektiv janrı deyiləndə Elxan Elatlıdan başqası ağlıma gəlmir. Digərlərini oxumaga çalışsam belə yarımçıq qoyurdum. Bəlkə Elxan yaradıcılığını səhv kitabla (Kitab haqqında məlumatım yoxdu deyə) tanımağa cəhd etmisiz. Sadəcə onu deyə bilərəm ki, Qambay və Ələmdar kimi obrazları bizə təqdim etməsi onların dedektivliyi, iş prinsipi nəyə desən dəyər. Ən azından onların real olması faktı insana xoş təsir bağışlayır. Bir kitabla qərar verməyin deyərdim...🌸
Şəhla
Gönderi Sahibi
Ümid edirəm, yaxın zamanda bu kitabı da oxuyub, fikirlərinizi paylaşarsınız. Gözləyəcəm, Ülkər xanım. Məsləhətiniz üçün çox təşəkkür edirəm.💛🌻
Kitabın dilinin bəsit olması fikrinizlə razıyam.Şəxsən mən özüm kitabdan yeni bir şey öyrənmədim.Ama Ülkərin başına gələnlər təəssüf ki günümüzdə kənd şəhər söhbətinin artıq demək olar bir məna kəsb etməməsinə baxmayaraq bəzi qızların ailə mühiti,atasından ,ümumiyyətlə valideynlərindən sevgi görə bilməməsi +kənddə elə həmin ailələrə görə sosiallaşa bilməməsi belə nəticələrə gətirib çıxarır. Məncə bu kitab bu günə kimi elə o Ülkərin eşidə-eşidə böyüdüyü ifadələrlə böyüyən qızlar üçün ən azından bir nümunə ola bilər.Oxuduğum üçün peşman deyiləm ama oxunacaq daha faydalı, məlumatlarla zəngin kitablar var .Yazarın kitablarının 80% dən çoxunu oxumuşam.Onların arasında yenidən heç tərəddüd etmədən oxuyacaqlarım da var bu kitabı niyə bu qədər şişirdirlər dediklərimdə məsələn Xəyanət romanı.Kimdən Elxan Elatlı dan bir kitab tövsiyəsi istəsən onu deyəcək o dəqiqə ama şəxsən mən o kitabdan sonra ümumiyyətlə onun qələminə nifrət elədim.Elxan Elatlıya gələn tənqidlər o kitabda tam yerinə oturur (həddindən artıq cinsəllik,bəsitlik(istər dil baxımından,istər romanın süjet xətti baxımından)) və s.Bu kitabı isə oxudum peşman deyiləm ama təkrar oxumaram kateqoriyasına əlavə edərdim.Əgər yenidən şans vermək istəsəniz "Xəstə ruhlar","On dördüncü adam","Arxalı canavar","Qazinin ölümü","Qan ləkəsi"(bir az uzundur bu) ,"Cəhənnəmdən gələn səs* kitablarını məsləhət görərdim .
Şəhla
Gönderi Sahibi
Məsləhətiniz üçün çox təşəkkür edirəm. Bir daha oxuyacaq olsam, o kitablara şans verəcəm🌻💛
Siz bir kitabını oxumusunuz deyə, Elxan Elatlının bütün kitablarına mənfi baxışla yanaşmamalısınız, çünki hər oxurun özünəməxsus zövqü vardır,düzdür, mən də Şantaj kitabını bəyənmədim, amma digər kitablarına söz ola bilməz,məncə, siz Alternetiv əməliyyat, O gecə yağış yağırdı, On dördüncü adam kimi əsərlərini oxusanız, fikriniz dəyişəcək
Şəhla
Gönderi Sahibi
Mən digər kitablara mənfi baxışla yanaşmıram ki:) Bir kitabını oxudum və sevmədim, bunu qeyd etmişəm. Bir daha oxumaram deməyim, amma nə zamansa oxusam məsləhətinizi dəyərləndirəcəm. Çox sağ olun💛🌻
Bəlkədə haqlısız, hardasa bəzi məqamlar absurd görünür. Lakin Elxan Elatlının qələmini sevirəm, Şantajda normal kitab idi (mənə görə). Amma həmdə düşünürəm ki, Elatlı dedektiv və pisxaloji janırda qəşəng yazır
Şəhla
Gönderi Sahibi
Ola bilər, yetəri qədər oxucusu və sevəni var, amma mən sevə bilmədim:(
Yəni O dərəcə😦😂 düzü bu kitabı oxumamışam. Amma illər öncə Elatlıdan bir neçə kitab oxumuşdum. Elatlının üslubu budur yəni. Buna qarşısınızsa heç Elatlını daha almamağınız məsləhətlidir məncə bütün kitablarında arqolar, ifrat smut səhnələr var. "qan ləkəsi" kitabı mənim ağlımda qalan ən maraqlı kitablarındandır. Hər bir halda yenə şans vermək istəsəniz bu kitabı oxumağınızı məsləhət bilərdim🙂
Şəhla
Gönderi Sahibi
İnanmıram, bir daha şans verə biləm. Gözüm elə qorxub ki😂🥲amma nə zamansa düşünsəm, mütləq məsləhətinizi dəyərləndirəcəm. Təşəkkür edirəm🙏🏻🌻
Reklam
Haladır size necə doğru ifadə etdiniz .Mən həyatımda bu qədər hirslənəcəyim bir kitab oxumamışdım.Rəsmən nifrət etdim kitaba.