Momo böyük bir şəhər teatrının xarabalığında yaşayan kiçik bir qızdır. Yerli insanlar Momonun tənhalığına üzülür və onun üçün teatrın xarabalığını yaşana biləcək hala gətirirlər. Əvvəllər keçkəsin getməyəcəyi köhnə teatr artıq Momonun evi olur və insanlarda Momonu görmək yemək aparmaq üçün hər gün ziyarət edirlər. Momo yerli insanlarla çox yaxşı münasibət qurmağa başlıyır hətta Gigi və Beppo adında iki yaxın dostuda olur.
Bir müddət sonra şəhərdə duman adamlar adlanan insanlar peyda olur. Duman adamların isdədikləri insanların hər şeyi tez etməsidir çünki o insanların zamanından qidalanırlar. Onların məqsədləri insalığın sonunu gətirməkdir. Momo, bu planı öyrənir və hərkəsə elan etmək isdəyir, lakin insanlar o qədər məşğuldurlar ki Momonu dinləmirlər. Balaca uşaqlar belə artıq Momonun yanına gəlmirlər.
Momo yeni tısbağa dostu Kassiopeia ilə gəzintiyə çıxır. Tısbağanın yarım saat əvvəldən baş verəcək hadisələri görmək qabiliyyəti olur beləliklə, o, Momonu tüstü adamlarından qoruyur, onu Zaman Tutucu Usta Hora aparır. Hora Usta Momoya zaman çiçəyi verir və onu tüstü adamların yuvasına aparmasını deyir. Hərşey Momonun o çiçəyi tüstü adamların yuvasına aparmasına bağlıdır.