Aygül

Aygül
@Babayevaaygul

Aygül

, bir kitap okudu
7/10
·70 syf.·
Beğendi
·
2025 12. kitabı
Stefan Zweig
8.2/10 · 124,9bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Aygül

, bir kitap okudu
9/10
·256 syf.·
Beğendi
·
2025 8. kitabı
Sabahattin Ali
8.2/10 · 209bin okunma
7/10
·96 syf.··
Beğendi
·
2025 3. kitabı
Bu kitabı oxuyanda elə bil öz içinə qapanmış bir insanın qaranlıq dünyasına səyahət edirsən. Əsər qəhrəman Gregor Zamza'nın bir səhər oyandığında nəhəng bir həşərata çevrildiyini anlatmaqla başlayır. Amma burada diqqətçəkən şey onun böcəyə çevrilməsi deyil insanlardan, ailədən, sistemdən uzaqlaşdırılmaq, yəni insanlıqdan çıxarılmaqdır. Mövzusuna gəlincə: Gregor, ailəsinin bütün maddi yükünü çiyinlərinə götürmüş, özünü tamam başqalarına həsr etmiş biridir. Amma nə vaxt ki o artıq "faydasız" olur yəni pul gətirə bilmir hamı tədricən ondan uzaqlaşır. Ailəsinin soyuqluğu, sevgisizlik, vəfasızlıq onu daha da içə qapanmağa vadar edir. Əsəri oxuyarkən içimdə qəribə bir sıxıntı yarandı... Sanki hər birimiz bu sistemdə Gregor kimiyik çalışırıq, yoruluruq, amma bir gün "dəyərsiz" sayıldıqda bizi gözləyən tək şey təcrid və unutqanlıq olur. Ən təsirli hissələrdən biri Gregorun otağa qapanması, ailəsinin onu get-gedə iyrənc bir varlıq kimi görməyə başlaması oldu. Halbuki o, dəyişmədən əvvəl eyni adam idi sadəcə formasını dəyişmişdi... Kafka'nın yazdıqlarını oxuyarkən bəzən nəfəs almaq çətinləşir. Elə bil həyatın sənə göstərmək istəmədiyi tərəflərini sənə zorla göstərir. Dönüşüm”ü oxumaq, bir az da öz içinə dönmək kimidir... Tövsiyə edirəm, amma hazır hiss etdiyiniz bir vaxtda oxuyun. #dönüşüm #franzkafka #kitabtəhlili
1000Kitap
DönüşümFranz Kafka · İndigo Kitap · 2019267,9bin okunma