Aygül

Aygül
@Babayevaaygul
7/10
·96 syf.··
Beğendi
·
2025 3. kitabı
Bu kitabı oxuyanda elə bil öz içinə qapanmış bir insanın qaranlıq dünyasına səyahət edirsən. Əsər qəhrəman Gregor Zamza'nın bir səhər oyandığında nəhəng bir həşərata çevrildiyini anlatmaqla başlayır. Amma burada diqqətçəkən şey onun böcəyə çevrilməsi deyil insanlardan, ailədən, sistemdən uzaqlaşdırılmaq, yəni insanlıqdan çıxarılmaqdır. Mövzusuna gəlincə: Gregor, ailəsinin bütün maddi yükünü çiyinlərinə götürmüş, özünü tamam başqalarına həsr etmiş biridir. Amma nə vaxt ki o artıq "faydasız" olur yəni pul gətirə bilmir hamı tədricən ondan uzaqlaşır. Ailəsinin soyuqluğu, sevgisizlik, vəfasızlıq onu daha da içə qapanmağa vadar edir. Əsəri oxuyarkən içimdə qəribə bir sıxıntı yarandı... Sanki hər birimiz bu sistemdə Gregor kimiyik çalışırıq, yoruluruq, amma bir gün "dəyərsiz" sayıldıqda bizi gözləyən tək şey təcrid və unutqanlıq olur. Ən təsirli hissələrdən biri Gregorun otağa qapanması, ailəsinin onu get-gedə iyrənc bir varlıq kimi görməyə başlaması oldu. Halbuki o, dəyişmədən əvvəl eyni adam idi sadəcə formasını dəyişmişdi... Kafka'nın yazdıqlarını oxuyarkən bəzən nəfəs almaq çətinləşir. Elə bil həyatın sənə göstərmək istəmədiyi tərəflərini sənə zorla göstərir. Dönüşüm”ü oxumaq, bir az da öz içinə dönmək kimidir... Tövsiyə edirəm, amma hazır hiss etdiyiniz bir vaxtda oxuyun. #dönüşüm #franzkafka #kitabtəhlili
1000Kitap
DönüşümFranz Kafka · İndigo Kitap · 2019268bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
6/10
·304 syf.··
Beğendi
·
2024 29. kitabı
Momo böyük bir şəhər teatrının xarabalığında yaşayan kiçik bir qızdır. Yerli insanlar Momonun tənhalığına üzülür və onun üçün teatrın xarabalığını yaşana biləcək hala gətirirlər. Əvvəllər keçkəsin getməyəcəyi köhnə teatr artıq Momonun evi olur və insanlarda Momonu görmək yemək aparmaq üçün hər gün ziyarət edirlər. Momo yerli insanlarla çox yaxşı münasibət qurmağa başlıyır hətta Gigi və Beppo adında iki yaxın dostuda olur. Bir müddət sonra şəhərdə duman adamlar adlanan insanlar peyda olur. Duman adamların isdədikləri insanların hər şeyi tez etməsidir çünki o insanların zamanından qidalanırlar. Onların məqsədləri insalığın sonunu gətirməkdir. Momo, bu planı öyrənir və hərkəsə elan etmək isdəyir, lakin insanlar o qədər məşğuldurlar ki Momonu dinləmirlər. Balaca uşaqlar belə artıq Momonun yanına gəlmirlər. Momo yeni tısbağa dostu Kassiopeia ilə gəzintiyə çıxır. Tısbağanın yarım saat əvvəldən baş verəcək hadisələri görmək qabiliyyəti olur beləliklə, o, Momonu tüstü adamlarından qoruyur, onu Zaman Tutucu Usta Hora aparır. Hora Usta Momoya zaman çiçəyi verir və onu tüstü adamların yuvasına aparmasını deyir. Hərşey Momonun o çiçəyi tüstü adamların yuvasına aparmasına bağlıdır.
1000Kitap
MomoMichael Ende · Pegasus Yayınları · 201782,3bin okunma
10/10
·160 syf.··
Beğendi
·
2024 7. kitabı
“Gözlerimi kapattığım zaman senin hayalini görüyorum” diyorsun. Ah Aliye, ben gözlerim açıkken bile hep seni görüyorum” Sabahattin Alinin qələmi ilə tanışlığım Universitet müəlliməmin hədiyyəsi olan Kürk Mantolu Madonna kitabı ilə olmuşdu. Kitabı oxuduqda yazarın qələminə heyran qalmışdım və növbəti kitablarınıda oxuyacağımıda bilirdim. Yazarın qələmindən oxuduğum 4-cü kitabı Canım Aliye Ruhum Filiz oldu. Kitabdakı bədii ədəbiyyatın təsirliliyi kitabı bir anda bitirməyimə səbəb oldu. Oxuyarkəndə zövq alaraq oxuyub bitirdim. Kitab sadəcə Sabahattin Alinin yazdığı məktublardan ibarətdir. Kitabda Sabahattin Alini daha yaxından tanıya biləcəy və onun necə bir ailə başçısı olduğunu öyrənə biləcəksiniz. Qızına və həyat yoldaşına yazdığı məktubların məcmuəsi olan bu əsərdə dövri problemlər də daxildir.
Canım Aliye, Ruhum FilizSabahattin Ali · Yapı Kredi Yayınları · 202031,5bin okunma
10/10
·80 syf.··
Beğendi
·
2024 25. kitabı
“Sebat et, genç dostum, sebat et! Damlaya damlaya göl olur. Ve aynı noktaya düşen damlacıklar zamanla mermeri bile deler”. Çox bəyənərək oxuduğum, altını çizmədiyim bir səhifəsi belə olmayan və təkrar oxuyacağım kitablar biri oldu. Gençlerle Başbaşa əsəri, Ali Fuat Başgil’in gənclərə nəsihətlərindən oluşan və onlara ədəb və ərkan göstərən bir kitabı olarak kiçik həcimli bir əsərdir. Əsərdə uğur və uğura gedən yollar qeyd edilir. Əsər 7 fəsildən ibarətdir. Hər fəsildə gənclərin uğura doğru necə addım ata biləcəyindən bəhs edilir. Dost dairəsindən tutmuş iş prinsiplərinə qədər Ali Fuat Başgilin təcrübələrindən yararlanaraq yazılmış kitabdır. Hər bir gəncin mütləq oxuyacağı kitablar siyahısında ilk sırada olmasını və oxumalıdırlar deyə düşündüyüm kitablardan biridir. Özünüz üçün edə biləcəyiniz ən gözəl yaxşılıq olar. Xoş mütaliələr.
Edebiyat
Gençlerle BaşbaşaAli Fuad Başgil · Yağmur Yayınları · 202419,2bin okunma
Puan vermedi
Agatha Christienin qələmi ilə ilk tanışlığım idi. Kitab mənim zövqümə xitab etdi deyə bilmərəm amma bir çox oxucu tərəfindən sevilən kitablarını oxudum ilkidə məhz Mavi Qatarın Sirri oldu. Bu kitabı yazarkən Christie birinci həyat yoldaşından ayrılmaq üzrə idi və depressiyaya düşmüşdü. Maddi çətinlikləri olduğundan kitabı tez bir zamanda yazıb bitirmək istəyir. O, bu kitabı həvəskardan peşəkarlığa keçidi kimi təsvir edirdi. Kitabda, məşhur qızıl alverçisinin qızı Ruf mavi qatarda öldürülür və qızılları oğurlanır. Erkül Puaro bu hadisəni araşdırmağa başlayır. Şübhəlilər çox deyil, amma hər səhifəsində öz həyəcanını sirrini qorumağa davam edir. Əgər Agatha Christienin kitabları ilə ilk tanışlığınızdırsa məhz bu kitabdan başlaya bilərsiniz. Xoş mütaliələr.
1000Kitap
Mavi Qatarın SirriAgatha Christie · Qanun Nəşriyyatı · 20183,487 okunma