Bugünkü həm kitab tövsiyəm həm də kitab incələməm gənc yazıçımızın "Halqa" kitabı haqqında olacaq. Əvvəlcə yazıçımızı təbrik edirəm, ilk kitabı olmasına rəğmən belə bir əsər ortaya çıxarıb. Kitab qısa həcmli bir neçə hekayəni birləşdirir. Həcmcə qısa olmasına baxmayaraq müəllif, dövrün aktual məsələlərinə ışıq tutmağı bacarmışdır. Kitabda diqqət çəkən digər bir xüsusiyyət, Bulqakovun "Master və Marqarita" sından da bizə tanış olan mistizimdir. Hekayələr nikbin sonluqla tamamlanır ki, müəllif bununla gələcəyə olan inamını oxuyucuya aşılayır. Hekayələrin güclü emosional təsri var, hekayənin ən gərgin hissəsində mistik qüvvələr bir növ köməyə çatır. Bu yerdə epiloqdakı bu hissə yada düşür: "Gecənin ən qaranlıq dəqiqələri sübhə yaxın olar".
Əsərin dili sadə, anlaşıqlıdır, təsvirlər, ifadələr hamısı yerli-yerində işlədilib. Bəzi hissələrdə az da olsa bayağı ifadələr işlənsə də, əsərin dilini ağırlaşdırmır.
Ramazan Rizvan bundan sonrakı kitablarınızı gözləyəcəm.