Yeni işə başlamısınız, ilk dəfədir ki, yeni nələrəsə cəhd edəcəksiniz və həyəcanlısınız. Əgər birdən bacarmasam? İnsanlar belə danışar, arxamca bunları deyər deyə düşünürsünüzsə bu kitaba şans verə bilərsiniz. Həqiqətən çox maraqlı bir kitabdır və əgər sevdiyin kitablar hansıdır deyə soruşsalar ilk sıralarda bu kitabı deyərdim.
Müşahidə etmişəm ki, bizlərdə yeni bir işə başlamaq və ya cəhd etmək qorxusu var. Ya bacarmasam, ya nəyisə səhv etsəm, kimsə bu səhvlərə görə məni tənqid etsə?
Amma bu kitabdan öyrəndim ki, nə qədər yerimizdə dursaq, qorxularımızı yenib, istəklərimizi yerinə yetirmək üçün addım atmasaq bir o qədər bacarıqsız olacıyıq.
Yeni bir işə başlayanda birinci qorxunu yen, özünə inan və ilk addımını da inamla at !
Sən çox bacarıqlısan və hər şeyi bacaracaq gücə sahibsən.
Əsərdə də 23 yaşlı, diplomunu yeni almış bir həkim, əməliyyatları sadəcə kənardan izləyib, həyəcanlıdır və bir o qədər də qorxur, bu həkimin başına gələcək hadisələr əks olunub.
Xoş mütaliələr.
Genç Bir Doktorun AnılarıMihail Bulgakov