·430 syf.··Beğendi
···Okunma: 17 Kasım 2024 22:31 Yazacağım xülasədə kitab haqqında spoyler verən hissələr ola bilər.
Həyatımda oxuduğum mükəmməl kitabların ötəsinə keçən bir kitab idi. Həqiqətən, sonuna qədər oxunulmağı, müzakirə və təhlil edilməyi haqq edir. Düşünürəm ki, bu kitab müəyyən yaş dövründən sonra gənclərə mütləq oxunması gərəkdirilən kitablardan biri olmalıdır.
Əslində təəssüratlarım çox qarışıq və yerini itirmiş kimidir. Kitabda Nitsşe ilə Breuer arasında olan dialoqlar, görüşmələr sadəcə bir uydurmadan ibarət imiş. Amma bu kitabın real hissələrinin həqiqətinə xələl gətirmir.
Sigmund Freyd, Nitsşe və həkim Breuer’in eyni kitabda yer almaları, həqiqətən, kitabın mükəmməlliyini bir o qədər də artırır.
Həkim Breuerin Nitsşeni sağaltmaq üçün etdiyi plan isə sadəcə nəfəs kəsici idi. Ona kömək etmək məqsədi ilə əslində özünü Nitsşenin ona kömək etməsinə, onu həyatındakı qarışıq düşüncələrin xaotikliyindən çıxarmasına şərait yaradır. Bu hissənin əsas məqsədi Breuer’in öz düşüncələrindən qurtulması ilə Nitsşeyə də bu imkanı yaratmaq idi. Əslində həyatın onları qarşılaşdırma məqsədi sadəcə bir-birlərinə olan köməkdən ibarət idi.
Hər ikisinin köməyə ehtiyacları üçün umduqları səbəb isə hər birinin fərqli qadınlarda eşq sandıqları duyğuya ilişib qalmaları və onu həyatlarının və günlük yaşamlarının bir hissəsinə çevirmələrindən ibarət idi.
Qəribə gələn isə tarixə keçmiş və psixologiyaya eyni ilə psixoterapiyaya töhfələr vermiş məşhur insanların sadəcə bir qadına görə həyatlarını bu qədər bunalıma salması və onu çirkinləşdirməsi ağıl almaz idi.
Nitsşenin fəlsəfi düşüncələri ilə özünüzü sorğulayacağınıza, bir anlıq kitabı buraxıb dərin düşüncələrə dalacağınıza əminəm. Həyatımda oxumaqla özümə yaxşılıq etdiyim kitablardan biri idi.