·458 syf.····Okunma: 18 Kasım 2024 10:38 Agatanın əsərini birinci dəfə oxuyurdum, dedektiv oxuyan biri deyiləm. Əsər oxuduğum kitablar içərisində ən rahat dillə yazılmış kitab ola bilər (tərcümənin də ola bilsin rolu var). Ancaq əsər mənə görə zəif qaldı, öncədən təxmin etdim, məncə bir çox oxucu bunu yaşayıb. Və məni təəccübləndirən tək yeri sondakı içki dəyişmə hissəsi idi. Digər hissələr yaxşı idi, ancaq yetərli gəlmədi mənə. İtaliya-İngiltərə milli kimlik problemi və ön yarğılar gördüm, qarşılıqlı olaraq. Bu əsər 20-ci əsrin başlarında yazılıb, ola bilsin həmin zamanlardakı İtaliya-İngiltərə beynəlxalq münasibətlərindəki statusu göstərir/işarə edir. Məncə Agatanın bundan daha keyfiyyətli əsərləri var