AşmaAğalar Məmmədov
Düşünün ki,stulumuzu da götürüb arxa masalardan birində əyləşib həyatınızda
dinləyə biləcəyiniz ən gözəl mühazirəni dinləyirsiniz. Monoloqdur,ancaq sanki sizdən əvvəl o,sizə fikirlərinizi deyir,təhlil edir,öyrədir,söhbətləşirsiniz;
zamanı durdurduğunuz,saniyələrə meydan oxuduğunuz bir mühazirə...
Bu kitabı elə bir zamanda oxumuşdum ki,mənə həmin an ehtiyacım olan cümlələri göstərmişdi, heç ara vermədən oxuyub, sonra yenə oxudum milyonlarca hiss və duyğularla...dedim,kaş Ağalar müəllimlə çox yox,sadəcə 1-cə dəfə uzun-uzadı söhbət etmə şansım olsaydı. Ya da mühazirələrinin birində ön masalarda əyləşən sıradan bir tələbəsi olsaydım;
Məni utandıran məqam isə fərqinə vardım ki,bu qədər böyük oxucu kütləsinə malik app'də 1dənə belə olsun kitaba review yazılmayıb...dedim,bu ilki etməliyəm.Əslində,bu kitab üçün kitablarca təhlil belə yetməz.
Kitabda müəllifin müxtəlif mövzuları əhatə edən yazıları cəmlənib. O, fəlsəfə, mədəniyyət, milli xarakter, dil, din, əxlaq, adət, ənənə, azadlıq, insan haqqı, cəmiyyət, dövlət, siyasət və daha neçə-neçə sözün qapılarını öz açarıyla açır. Onlara çoxunun görmədiyi bucaqdan işıq tutur.
Fərqliliyi isə ondadır ki, o, sovet fəlsəfi məktəbi ideologiyasına yoluxmayıb. Bu,onun düşüncə və analiz tərzindən görünür. Düşüncələri ideologiyasız, müstəqil və kompleksizdir.
Onun Sentimental Şərq və intellektual Qərb bölgüsü düşündürcüdür: “Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb.
Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı”.
Nietzschenin üstinsan təlimiylə desək,Ağalar Məmmədov, ölkənin üç-beş üstmüəlim"indən biriydi. Müəllimini ölkədən qovan cəmiyyət isə cəhalət dumanına məhkumdur!
(PS:Bəlkə də neçə-neçə insan sırf müəllifin inancını bilib dərhal yarğılayacaq. Ancaq Ağalar Məmmədov ən yaxın dostu,missiya yoldaşını belə tərəqqi yolunda qurban verərkən,inanmıram ki,onu qorxudan,incidən nə isə olsun bundan sonra.)
Hə,dost, kitabın adı məhz bunun üçün də "Aşma"dır...
İnkişaf etmək,dəyişmək istəyirsənsə,aşmalısan bir çox bariyerləri,qırmalısan yarğılarını, sadəcə özünü ən yaxşı versiyası,"üstinsanı" olma yolunda öz mən'inə fokuslanmalısan. Aşmaq isə anlamaqdan keçir. Sənə "anlayaraq aşa biləcəyin' zirvələrdə olmanı diləyirəm.