·256 syf.··Beğendi
···Okunma: 24 Kasım 2024 09:40 İçinizdəki ikigai’yi həyata keçirmək üçün
35 açar nöqtə:
1. Bir şeyi 10% inkişaf etdirmək istəyirsinizsə, onu 100% inkişaf etdirə biləcəyinizi təsəvvür edin.
2. Qeydlərinizə edilməsi “imkansız” olan ən azı bir şey əlavə edin.
3. Məqsədinizə çatmaq üçün səbirli və davamlı olun.
4. 21 gününüzü müsbət və yeni bir vərdiş qazanmağa həsr edin.
5. Güvəndiyiniz şəxslərdən geribildirim (fedback) istəyin.
6. Özünüzə, tutqunuzu kəşf etmək üçün sizə rəhbərlik edəcək bir mentor tapın.
7. Projəyə çevirə biləcəyiniz bir şeyi nümunə götürün və inkişaf etdirin.
8. Sevdiyiniz və sevmədiyiniz şeyləri ayıraraq kəşf edin.
9. Hər həftə inkişaf etdirmək istədiyiniz bir xüsusiyyət üzərində çalışın.
10. Birlikdə başa düşmək və birgə inkişaf etmək məqsədilə, tutqularınızı sizinlə eyni ruhda olan şəxslərlə paylaşın.
11. Konfor zonasından çıxın və yeni sahələr kəşf edin.
12. Təcili olan vacib məsələlərə üstünlük verin.
13. Sadə və gəlir gətirməyən hər şeydən uzaq durun.
14. Projələrinizi, sizə hərəkət etməyiniz üçün ilham verəcək adlarla adlandırın.
15. Uşaqlıq xəyallarınızı və dəyərlərinizi yenidən kəşf edin.
16. Motivasiya üçün həyatınızdakı böyük uğurlarınızı xatırlayın.
17. Ən yaxın dostlarınıza diqqət yetirin və onlara layiq olduqları dəyəri verin.
18. İndiki zamanı anlamaq üçün keçmişdə başınıza gələn hadisələri birləşdirin.
19. Bir müddət ekranlardan və virtual dünyadan uzaqlaşın.
20. Yeməklərinizə və boş vaxtlarınıza “slow life” (yavaş həyat) texnikasını tətbiq edin.
21. Diqqətinizi yayındırmadan, bir anda yalnız bir işə fokuslanın.
22. Hər gün ən azı beş dəqiqənizi şəxsi bir mövzu haqqında yazmağa ayırın.
23. Hisslərinizi ifadə etmək üçün haiku sənətini öyrənin. Haiku, müəyyən bir zamanda və müəyyən bir yerdə var olan bir şeydir.
24. Həyatınızın hər dövründə mühüm qərarlar qəbul etməyi öyrənin.
25. Cavabını bilmədiyiniz sualları xəyalınıza həvalə edin.
26. Enso dairəsi rəsmləri çəkərək axına qapılın.
27. Həftədə bir dəfə “koan” tapmacalarını həll edin.
28. Gündəlik fəaliyyətləriniz zamanı fərqindəlik məşqləri edin.
29. Xoş təsadüflərə və digər rastlantılara qapılarınızı açıq saxlayın.
30. Hər gün eqoizmdən uzaq bir davranış edin.
31. Sizi xoşbəxt edən insanlara mütəmadi olaraq qəlbinizi açın.
32. Arada bir macəraya atılın və sürprizlərə hazır olun.
33. Kaizen metodu ilə ikigai-nizin inkişafını birləşdirin.
34. İrəlilədiyiniz yolda sizi inkişaf etdirəcək fürsətləri qiymətləndirin.
35. Mənfi düşüncələrdən uzaq durun.