·224 syf.··Beğendi
···Okunma: 06 Aralık 2024 00:00 Adı: "Sokak Kedisi Bob" (A street cat named Bob)
Yazıçının adı: James Bowen
"1000 kitap" balı: 8.6
Mənim balım: 9
Kitabın çap ili: 2013
Smut: yoxdur
Seriya: Bob The Cat (1)
Səhifə sayı:224
Növ: Avtobioqrafiya
James Bowen-in həyatından bəhs edən "A Street Cat Named Bob" bir küçə pişiyi ilə evsiz bir adam arasında qurulan təbii, amma çox güclü bir dostluğun hekayəsidir. Kitabın əsası Bob-un Ceymsin həyatına daxil olaraq ona yalnız dostluq deyil, ümid və sevgi gətirməsidir. Bob bir pişikdən çox Jamesin həyatına mənalar qatmış, ona tənhalıqdan, çətinliklərdən qurtulmaq üçün səbəb olmuş bir varlıqdır.
Kitabın ən dəyərli tərəfi Ceyms və Bob arasındakı əlaqənin emosional dərinliyidir. Hər ikisi bir-birinin həyatını dəyişdirir və sanki bir-birilərini tapmış olur. Bob-un Ceymsə verdiyi dəstək real həyatda da bir insanın qarşısındakı çətinliklərə sevgi və bağlılıqla necə sinə gərdiyini göstərir.
"A Street Cat Named Bob" sadəcə bir pişiklə sahibinin dostluğunun deyil, həyatın kiçik, amma əhəmiyyətli gözəlliklərini anlatan bir hekayədir. Bu kitabı oxumaq yalnız Bob’un hekayəsinə deyil, sevgi və ümid dolu bir dünyaya səyahət etmək kimidir.