Gönderi

8/10
·132 syf.··
Beğendi
·
2024 205. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Aralık 2024 16:02
Bəzi kitablar, sanki bilərək həyatımızın xüsusi bir anında həyatımıza daxil olur, bizə yoldaşlıq edir, öyrədir. Və bəzən biz kitabları deyil, kitablar bizi tapır. Eynilə bu kitabın məni tapdığı kimi... Mark Avreli Roma imperatoru(161-180), həm də sitoisizm fəlsəfi məktəbinin nümayəndəsidir. "Kendime düşünceler" imperatorun özünə xüsusi qeydləri və stoik fəlsəfəsi haqqında düşüncələrini qeyd etdiyi yazılardır. Əsərin xüsusi adı yoxdur. "Kendime düşünceler" topluya verilən bir neçə addan biridir. Fərqli bir aurası var kitabın. Sanki Markusla birlikdə oturub çay içirsən və onun söhbətinə qulaq asırsan. Və bu söhbətdən həyatına qatacağın, tətbiq edəcəyin qeydlər alırsan. Mən bəzən kainatın bizə işarələr, mesajlar göndərdiyinə inanan biriyəm. Bu bir neçə gün ərzindəki düşüncələrim, qarşıma çıxan işarələr, bu kitabı oxumağa başlamağım və kitabda rastlaşdığım möhtəşəm cümlələrin bir təsadüf olmadığına inanıram... Cümlələrinlə, həyat fəlsəfənlə ruhuma dəstək verdiyin üçün təşəkkürlər, kral. Qeyd etdiyin kimi, mən də özümə söz verirəm: “Kim ne derse desin ya da ne yaparsa yapsın, ben rengini yitirmeyen bir zümrüt ola­cağım.”
Edebiyat
Kendime DüşüncelerMarcus Aurelius · Türkiye İş Bankası Kültür Yayınları · 202427,9bin okunma
·
723 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Bu kitabı oxuyan adam görəndə çox sevinirəm) Ən sevdiyim kitabım deyə bilərəm hətta
Vəfa Hafiz
Gönderi Sahibi
Qəşəng idi. Zamanlama olaraq düzgün bir vaxtda oxuduğumuzdan iz qoyur, bəlkə də...
Mən də bu kitabı bu gün bitirdim. Və eynən tam da ehtiyacım olan anda oxumuşammış🙂‍↕️
Vəfa Hafiz
Gönderi Sahibi
Nə gözəl. Eynən mənim kimi.☺️
Nə qəşəng yazmısız☺️
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm. ☺️