·272 syf.··Beğendi
···Okunma: 12 Aralık 2024 14:08 Təsirini üzərimdə hiss etmək və bu kitabı heç unutmamaq adına sindirə-sindirə oxuduğum ən yaxşı kitablardan biri daha.
Fantastikanın çoxluğa qaçmış halı ilə kitabda yaranan inanılmaz və təəccübləndirici hadisələr onun mükəmməlliyinin dönüş nöqtəsini bir o qədər də artırmaqda davam edir.
Frankenstein təbiət elmlərinə olan düşkünlüyü üzündən aldığı mükəmməl təhsil sayəsində cansız bədənə can vermək elmini öyrənir və məzarlardan cəsəd parçaları toplayaraq qorxunc məxluq yaradır. Bu məxluq ki, bütün insanlığa cəllad və qatil kəsilir, öz yaradıcısının sevdiklərini və digər insanları onları “İnsalıq” adı altında birləşdirən cəmiyyətin üzvü olmaq naminə heç acımadan öldürür.
Frankenstein öz düşkünlüyü və hərisliyi ucbatından ilk öncə ailəsinin, sonra isə öz həyatını məhv edir.
Yaratdığı məxluqun içindəki gözəllikləri və cəmiyyətdə ehtiyac duyulan və daima insanların qəlbinə xoş duyğular bəxş edən o ən gözəl duyğuları görmür, o görmədiyi üçün isə digər insanlar da bu məxluqun sadəcə xarici görünüşünə əsasən onu rədd edir. Məxluqun və Frankensteinin bir-birlərinə olan nifrəti neçə-neçə insanın həyatına son qoyur.
Həyatda varılan nöqtə, ya da seçdiyiniz məkan hara olur olsun, hərislik və qəddarlığın sizin və insanlıq üzərində yaratdığı xaos və ağır duyğuların girdabında batıb, itməmək və həyatınız boyu intiqam alovunda yanmamaq üçün hüzuru və azadlığı daima özünüzlə birlikdə daşıyın.