Bu təmiz sevda əsaslı olaraq Allaha olan eşqdir. Allaha olan eşqi bu qədər möhtəşəm görmək insanı çox duyğulandırır. Və kitabda bu eşq üçün 2 insanın bir-birlərinə naif sevgisi ələ alınır.
Bir tərəfdə dinsiz, sevgisiz, qayğısız ailədə böyümüş qız. Digər tərəfdən Allah eşqi olan, ədəb abidəsi oğlan.
İndi düşünün bu iki insanın təvafuqunu..
Kitabımız İslamın mənəvi dərinliklərini, Allaha olan eşqi, təslimiyyəti gözəl dillə anladır. Həqiqətən əsəri oxuduqca içim çox qəşəng olurdu. Həyati məqsədlərimi birdə gözdən keçirdim. Və özlüyümdən soruşdum bu məqsədlər nə qədər İslami məqsədlərdir?
Əlavə olaraq əsərimiz sayəsində bir daha ölümün yaxın olduğunu çox yaxşı dərk edirik. Əbədi hazırlığın olması, nəfs üzərində mübarizə, iman dolu həyatı gözlər önünə sərən kitabımız eşqin anlamını bizə göstərir.
“Allah’ı bulan neyi kaybeder? Allah’ı kaybeden neyi bulur? Bulsa da başına bela bulur.”