...mədəniyyət və bərabərlik aləminə qədəm qoymayınca yırtıcıların ən zəlili və ən bədbəxtisiniz. (səh.62)
Cənubi Azərbaycan ədəbiyyatının ilk nasirlərindən biri olan Mirzə Əbdürrəhim Talıbovun "Kitab yüklü eşşək" əsərini ikici dəfə oxudum. Ədəbiyyatımızda roman janrının ilk nümunələrindən biri sayılan bu əsərdə maarifçilik təbliğ olunur, cəmiyyətdəki naqisliklər Çoşşa adlı eşşəyin başına gələn sərgüzəştlər vasitəsilə, onun dilindən verilən nəsihətlərlə, tənqidi fikirlərilə insanın daxili eybəcərlikləri göstərilir, həyat və təbiətin tərbiyəsilə böyümüş bu müdrik eşşək, öz hərəkətlərilə insanların hərəkətlərini, xüsusiyyətlərini müqayisə edir. Əsər farsca yazılmış olsa da, kitabın redaktoru Şəmil Sadiq in yazdığı ön sözdə qeyd edilir ki, orijinalında müəyyən yerlərdə Azərbaycan xalq danışıq dilinə məxsus ifadələrə də yer verilmişdir. Adətən insanın ən işə yaramaz hərəkətlərini təhqir etməkdən ötrü istifadə edilən "eşşək kimi..." tipli cümlələr Coşşanın əhvalatları ilə sizi fərqli tərəfdən baxmağa sövq edəcək.
Kitabın əvvəlində ön söz əvəzi verilən məqalədən bir hissə. "...əsərin adındakı ironiya çox maraqlıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünyagörüşlə, şüurla əhatə olunmuş insanı leksikonumuzda özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insanı şüursuz, savadsız, gördüklərini dərk etməyən, yaxşılıqla pisliyi dəyərləndirməyi bacaramayan bir eşşəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə də adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün kitab oxuyan, oxuduqlarına görə özünə ən yüksək dəyəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdiyi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğazında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk etdiyi eynək, əynində kostyum olan kor əbləhlər kitabla yüklənmiş eşşəyi xatırladır."
Hədəf nəşrlərini milli ədəbiyyata verdiyi dəyərə görə sevirəm və qiymətləndirirəm.
ÂLİM SANMA, HER GİDENİ MEКТЕВЕ;
AHLÂK YOKSA, YOK İLİMDE MERTEBE.
NE FARKEDER.. TUT Kİ, CÜBBE GİYDİRSEN;
PÂYE VERSEN, KİTAP YÜKLÜ MERKEBE ? (eşek)
İncələməniz hər zamankı kimi möhtəşəm olmuş🌟