Nələr çəkmiş ruhun sənin
10/10
·83 syf.··
2025 1. kitabı
·
18 saatte okudu
·
Okunma: 02 Ocak 2025 10:45
“ Mən ölməyə, siz yaşamağa. Hansının daha yaxşı olduğunu isə ancaq Tanrı bilir”. ~ Bəliii, ilin ilk kitabını bitirdim Hədəfi o qədər yüksək qoymuşam ki, ona uyğun da hərəkət etməyim lazımdır. Dedim ki, ilimi fəlsəfə ilə açım hazır əlimdə fəlsəfə ustadlarından - Sokratdan bəhs edən qəşəng bir kitab varkən. Klassik dövr fəlsəfə filosoflarından Sokrates , illərlə araşdırdığım və hər dəfəsində heyran qaldığım filosoflardan biri, hətta deyərdim ki, başlıcasıdır. O, yaşadığı müddətcə, hətta ölümünün son dəqiqələrində belə hər şeyin təməlinin sorğulama olduğunu vurğulamışdır. Kitabda; eyni zamanda da Sokratın, ən böyük xəzinənin, insanın öz daxilində gizli olduğu fikirləri də geniş şəkildə izah edilir; insan axtardığı xoşbəxtliyi sadəcə öz içində tapa və sadəcə, öz sayəsində istədiyi yerdə ola bilər. Nə acı ki, haqqı, ədaləti, bilgini aşılayarkən, əxlaqsızlıq və gəncləri yoldan çıxartmaqla təqsirlənən və cəzası birmənalı şəkildə ölüm olan filosofumuzun son söylədiyi fikirlərdən biri də; “Zəhəri bir az da gecikdirsəm, boş yerə həyat sarıldığım və tükənmək üzrə olan bir şeydən yapışmağa çalışdığım üçün özüm özümə gülünc görsənərəm” olub :( Kitabı sevərək, həm də hüznü hiss edərək oxudum :/ bəlkə də, bu Sokrata olan sevgimdən irəli gəlir, bilmirəm, amma onu bilirəm ki, ömrüm boyu özümü “yalnız onu bilirəm ki, heç nə bilmirəm” fəlsəfəsi ilə inkişaf etdirəcəm Oxuyacaq olanlara faydalı, sevgi və hüzünlü mütaliələr..
Felsefe
ÖzünüdərkSokrates · Mimta Yayınları · 20241,386 okunma
·
89 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.