·459 syf.··Beğendi
···Okunma: 03 Ocak 2025 14:10 İnce Memed Yaşar Kemal’in Türk ədəbiyyatındakı ən önəmli əsərlərindən biridir. 1955-ci ildə nəşr olunan bu roman yalnız bir qəhrəmanın mübarizəsini anlatmır, eyni zamanda Anadolu’nun kəndli xalqının yaşadığı çətinlikləri, ədalətsizliyi və feodal sistemin gətirdiyi təzyiqi də oxucuya təqdim edir. İnce Memed, xalqın ümidinə çevrilmiş bir qəhrəmandır. Onun mübarizəsi yalnız öz azadlığını deyil, bütün kəndlilərin hüquqlarını qoruma mübarizəsidir. O, özünü və xalqını zülmə qarşı qoruyarkən, azadlıq və ədalət axtarışını bütün cəmiyyətin birgə mübarizəsinə çevirir. Yaşadığı haqsızlıqlara qarşı müqavimət göstərən İnce Memed, başından keçən hadisələrlə xalqın gözündə əfsanəvi bir fiqura çevrilir. Yaşar Kemal bu qəhrəman fiquru ilə yalnız fərdi bir azadlıq mübarizəsini deyil, eyni zamanda cəmiyyətin dəyişməsi məsələsini də işıqlandırır.
Roman yalnız qəhrəmanlıq hekayəsindən ibarət deyil; eyni zamanda Anadolu’nun təbiətini, kəndli həyatını və feodal düzənin qəddarliyini təsirli bir dildə izah edir. Yaşar Kemal, xalqın dilindən, onların həyat tərzindən və mədəniyyətindən dərin izlər daşıyır. İnce Memedin mübarizəsi həm fərdi bir səyahət, həm də kollektiv bir müqaviməti əks etdirir. Bu roman yalnız bir kəndli qəhrəmanının deyil, bir cəmiyyətin səsinin yüksəlməsidir.
İnce Memed Yaşar Kemal’in ustalıqla işlədiyi bir əsərdir və həm fərdi, həm də cəmiyyətin azadlıq mübarizəsinin simvoludur. Anadolu’nun ağrıları, kəndlilərin müqaviməti və təbiət ilə insan arasındakı bağ bu romanda mükəmməl şəkildə birləşmişdir. Yaşar Kemal bu əsəri ilə həm Türk ədəbiyyatına, həm də dünya ədəbiyyatına mühüm bir töhfə vermiş və cəmiyyətlərin kollektiv mübarizəsini izah etməkdə bənzərsiz bir başyapıt yaratmışdır.
Sevgilərlə Pərvin