Puan vermedi·472 syf.··
2025 2. kitabı
Kitab oxumağa Beyza Alkoçun kitabları ilə başlamışam. İlk öncə “Karantina”, sonra isə “3391km”. Kitabı oxuduqca yeri gəldi güldüm, yeri gəldi ağladım, sanki ordakı obrazlar mənmişəm kimi, onların sevincini, kədərini onlarla yaşadım. Kitab bəsit sevgi hekayəsi kimi görünə bilər, amma oxuyanlar bilər ki, əslində kitab uzaq məsafə ilişkisinin çətinlikləri, bir-birini istədiyin vaxt görə bilməmək, görüşə bilməmək, özləmək kimi hisslər o plana çəkilir. Və əsas məsələ də odur ki, bütün çətinliklərə rəğmən yenə də birlikdə olmağı bacara bilməkdir...) Kitabın filmi də çıxıb hətta, bəzi fərqli məqamlar olsa belə, yenə də gözəl bir filmdir, tövsiyə edirəm.
Edebiyat
3391 KilometreBeyza Alkoç · İndigo Kitap · 201821,4bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.