Puan vermedi·80 syf.····Okunma: 17 Ocak 2025 06:17 "Lavinia- xəyalımdakı möhtəşəm sevgili mənasını verir, eyni zamanda bir çiçək adıdır. Ölüm çiçəyi adlanır."
Bu kitabı oxumağımın əsas səbəbi instaqramda izlədiyim bir neçə səhifənin profil adının "Lavinia" olması ilə bağlıdır. Və teleqramda kitab sənədlərində Lavinia yazdığım zaman sadəcə bu kitabın adı çıxdı. Və başladıq oxumağa. Başladıq "deyirəm" çünki yazdığım sitatları bir yerdə oxuyub qiymətləndirdik)))
Özdemir Asaf haqqında məlumatım olmasa da izlədiyim seriallarda yaxud başqa başqa platformalarda şeirləri ilə qarşılaşırdım.
Bunu da qeyd edim ki, bizim şeir anlayışı ilə onların şeir anlayışı tamam fərqlidir. Bizdə şeirlər bənddən və misralardan ibarət olarkən onlarda cümlə formasında da ola bilir.
Şeirlərdən sadəcə "alıntı" bölməsində paylaşdığım şeirləri bəyəndim. Paylaşmadığım şeirlərin isə bizim bir muğənnimizin yazdığı şeirlərdən heç bir fərqinin olmaması məni biraz düşündürdü deyə bilərəm.
Başqa kitabları haqqında heç bir şey deyə bilmərəm, lakin bu kitab mənə o hissi bəxş etdi.
Oxuyanlara və oxumaq arzusunda olanlara xoş mütaliələr.