Mən hansı əsirdə yaşayıram?
10/10
·720 syf.··
Beğendi
·
2025 8. kitabı
·
18 günde okudu
·
Okunma: 17 Ocak 2025 21:42
Mən sanki kitab oxumadım,xəyalımda bir dahi akademikin mənə gerçəkmiş kimi mühazirə dediyini görür və hiss edirdim.Russo,Robespyer,Didro və s kimi dahilərin azadlıq timsalını haradan götürüb öyrəndiyini bu kitabı oxuyarkən anladım. Monteskyö Monarxiya,Despotizm və Respublika quruluşları olmaqla Dövlət idarəçilik formasını üç yerə bölür və kitab boyu ən çox respublika ilə monarxiya üsul idarələri üzərindən tənqidi,sosioloji və hüquq yanaşmalarını dilə gətirir.O qanunların,adət və ənənələrin təkcə xalqlara görə yaranmadığını,iqlimlərin də bilavasitə buna təsir etdiyini iddia edir və məncə də bu doğrudur.Hətta mükəmməl bir yanaşmadır.Bir növ “coğrafiya qədərdir” ibarəsini təsdiqlədən kimi izahdır.Russonun “İctimai müqavilə”-əsərindəki kimi Mönteskyö da Respublika quruluşu ilə bağlı Roma imperiyasından ideal nümünələr gətirir.Həmçinin böyük sərkərdələrin,dövlət başçılarının(Makedoniyalı İsgəndər,Likurq,Böyük Karl və s kimi) adamların idarəçiliyini təhlil edərək,monarxiya quruluşu haqqında fikirlərini bildirir.Despotik idarəçiliyə isə demək olar hər əsərdə rast gəldiyim ölkələr var;Rusiya İmperiyası,Osmanlı imperiyası,Səfəvilər və s.Bunlardan başqa Platonun “Dövlət” əsərində müdafiə etdiyi aristokratik dövlət quruluşunu da müzakirə edir.Onsuz müəllif hansısa quruluşu tam müdafiə etmir,əslində məqam-zaman məsələsini daha çox vurğuluyur. Bu kitab insanda qanunlar haqqında,qanunların inkşafı haqqında,insan tarixinin təkamülünü öyrənmək baxımından çox mükəmməl və nümunə göstəriləsi bir əsərdir.Hər bir dövət adamına idarəçilik kimi çətin bir dənizdə doğru yol göstərəcək kompas kimidir bu əsər.Doğrudur,450-nci səhifədən sonra kitab aşırı hüquq məsələləri ilə bağlı yazıldığı üçün biraz yorurdu,hətta heç başa düşmədiyim yerləri də oldu.Lakin düşünürəm ki,hər kəs bu kitabı oxumalıdır. Əsərlə bağlı mənim qəlbimə toxunan ən ciddi məqam isə,əsrlər əvvəl monarxik quruluşdan əziyyət çəkən xalqların halının bizdən heç nə ilə fərqlənməməsidir.Arada elə bilirdim Lüdoviqlərin dövründə yaşayıram….
Felsefe-Düşünce
Qanunların RuhuMontesquieu · Qanun Nəşriyyatı · 2024647 okunma
·
80 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.