6/10
·304 syf.··
Beğendi
·
2025 4. kitabı
·
10 günde okudu
·
Okunma: 19 Ocak 2025 16:26
Başlıq: Bədən Oxuyucu Yazar: Anne Frasier Səhifə: 302 Janr: Psixoloji triller Nəşr: Beyaz Baykuş İnstagram- Vusalkitabblog Hərkəsə salam Hekayəsi çox tanış idi. Psixoloji bir kitab mövzusu kimi kreativ bir mövzu seçilibmi?məncə xeyr.Yenə qadınlara şiddət və zorakılıqlar,xüsusi ilə, yeniyetmə yaşlardakı qızlara qarşı törədilən cinayətlər kitabın əsasını mövzusunu təşkil edir.Kitabı oxuyarkən bir yerdən sonra "Harlan Coben" kitabı oxuduğumu düşündüm. Kitab necə idi? Psixoloji triller janrında daha yaxşılarını oxuduğumu bilirəm.Başda da dediyim kimi, hekayəsinin mənə tanış gəlməsinin səbəbi, daha əvvəl izlədiyim bir serialdır . "The Penguen".Sadəcə orda Falcone ailəsinin başına gələn hadisələri görürük.Sofia Falcone da,kitabın qəhrəmanı (Jude Fontaine) kimi hücrəyə atılır.Bir fərqlə ki,o dəlixana hücrəsinə atılır. Əsərin sujet xəttini bəyəndim (sıradan olsa da). Kitab axıcı,maraq oyadan idi.Sonadək sıxılmadan oxudum. Yazar,ara-sıra ifrat dərəcədə təfərrüatı ilə hərşeyi yazmasaydı daha yaxşı olardı.Məni biraz yordu. Bu arada kitabın başlığı ilə əsərin kulminasiya nöqtəsi arasında heçbir əlaqə yox idi.
Psikoloji
Beden OkuyucuAnne Frasier · Beyaz Baykuş Yayınları · 201965 okunma
·
34 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.