İşıqlı dünyadan, dostdan, aşinadan ayrı düşən şair...
9/10
·174 syf.··
2025 3. kitabı
Dilbər Axundzadənin"Müşfiqli günlər "əsəri Müşfiqin həyatını, yaradıcılığını öyrənmək üçün əvəzsiz bir seçimdir. Ümumiyyətlə məşhur şəxsiyyətlərin həyat yolunu, xatirələrini öyrənmək mənim üçün həmişə maraq oyadıb. Bu əsərlə paralel sovet repressiyaları zamanı qadınların yaşadığı ağır həyatdan bəhs edən Ülviyyə Tahirin "Aljir" əsərini oxumağım dövrün ictimai-siyasi vəziyyəti ilə daha dərindən tanış etməklə yanaşı həm də bu əsəri mütaliə etmək istəyimi artırdı. Bu əsəri fərqli edən cəhət məncə, Dilbərin Müşviqin də şeirlərindən də istifadə edərək sadə, axıcı bədii üslubu oxuculara təqdim etməsidir.İndiyə kimi oxuduğum əsərlərdə Müşviqlə Dilbərin saf sevgi nümunəsinə rast gəlmişdim desəm doğru olmaz yəqin ki. Əsərin əvvəlindən axırına kimi Müşviqin ailəsinə, insanlara qarşı nəcib insaniyyəti onun şəxsiyyət kimi hansı pillədə olduğunu göstərir.Müşviqin dediyi kimi gör həyatda necə daş qəlbli, iyrənc adamlar olub ki belə sənətkarlara böhtan atıb, onun həyatına qıyıblar. Dövrün görkəmli yazıçılarının Müşfiq haqqında xatirələri isə əsərə ayrı gözəlllik qatan məqamlardandır. Dilbər də əsərdə ən az yarı qədər sevdiyi insana sədaqət nümunəsi göstərir. Dilbərin həbsxanada olarkən "Mənə deyirlər dəli olmusan.. Mən yarımın yolunda ölməliyəm. Müşviqim gəlsin, atam gəlsin... Gedin, qapını, döyün, deyin atam gəlib məni aparsın" deyə sayaqlaması nə qədər acı səhnə olsa da, eyni zamanda Dilbərin məhəbbətinin ifadəsi idi. Dilbər Axundzadənin 1988-ci ildə Mikayıl Müşviq haqqında verdiyi müsahibəsində simasında həsrəti, nisgili görmək ürək parçalayan səhnədir. Fikirlərimin sonunu əsərdə mənə xüsusilə təsir edən şeir parçası ilə bitirmək istəyirəm : Sevgilim, həyata məhəbbətlə bax! Bu sulu, torpaqlı dünya gözəldir. Yer gözəl, göy gözəl, təbiət gözəl, Asiman gözəldir, dərya gözəldir. Fəqət sənin eşqin, mənim xəyalım Bunların hamısından daha gözəldir.
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma
·
324 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Paralel olaraq yaxşı seçimdir. Oxuyanda mənə elə gəlirdi ki, kitabdakı Dilbərlə həyatdakı Dilbər arasında bir fərq var. Elə bil, çox şey üstüörtülü şəkildə təqdim olunub. Lakin qeyd etdiyiniz kimi, M. Müşfiqin həyatını öyrənmək üçün bu kitab yaxşı mənbədir. Ülviyyə Tahirin “Aljir” romanı isə tamamilə fərqli bir əsərdir, hansı ki, təsirindən hələ də çıxa bilməmişəm.
Alibala Abdulxalıqov
Gönderi Sahibi
Düzü, kitabı oxuduqdan sonra Dilbərlə bağlı apardığım qısa araşdırma sayəsində dediyiniz fərqi mən də hiss etdim. Bəzi kitablar var ki, onları oxumaq ürək istər. "Aljir" də məhz elə əsərlərdəndir. Başdan sona duyğu dolu əsərdir. Qadınların o qədər fiziki, mənəvi iztirabdan sonra güclü iradəyə malik olması insanı lərzəyə gətirir.