·72 syf.····Okunma: 21 Ocak 2025 23:33 Oxuduğum kitabları unuduram deyə kiçik də olsa kitab analizi yazmaq istədim. İlk kitab analizimdir, xətalara yer vermişəmsə, üzürlü sayın.
Kitabda gələcək keçmişin dilindən mükəmməl şəkildə təsvir olunur. “Siz tam yabanisiniz. Baksanıza, insan dişlerini boynuna asma adeti de başlıyor. Bir sonrakı kuşakta da kulaklarınızla burnunuzu deldirip süs diye kemik veya deniz kabuğu takarsınız.”
Müəllif sanki gələcəyi görür və “dünyanın sonu”-nu öz xəyal dünyası ilə canlandırır.
Sujet xəttinin əvvəli Mənə Covid 19 pandemiya dövrünü xatırlatdı. “New York’ta tuhaf bir salgın hastalığın patlak verdiği haberi geldi. Kimse bu haberi duyunca kötü bir şey düşünmüyordu. Küçük bir salgındı. Sadece bir kaç kişi ölmüştü.”
2020-ci ildə Covid-19 ilk dəfə Çində yayılanda adi bir virusdu deyə düşünürdük bir çoxumuz. Amma bizim bu “adi virusumuz” çox qısa bir müddət ərzində ölkəmizə gəldi, dünyaya yayıldı, milyonlarla insanı yoluxdurdu və minlərlə insanı öldürdü. Amma Jack London bu əsəri yazarkən dünyada hələ belə bir xəstəlik yayılmamışdı, nəinki Covid , eləcə də Vəba. Bu da müəllifin elmi savadının, araşdırmasının və uzaqgörənliyinin yüksək olduğunu göstərir.
Və son olaraq… “Aynı eski hikaye yeniden, yeniden yaşanacak. Sayısı artan insanlar savaşmaya başlayacaklar.”