Gönderi

Puan vermedi·160 syf.··
2025 2. kitabı
·
32 saatte okudu
·
Okunma: 25 Ocak 2025 19:36
Zülfü Livanelinin qələmindən oxuduğum üçüncü kitabdır. Almaqda tərəddüd etsəm də, peşman olmadım. Hətta bəzi səhifələrdə mənə elə gəldi ki, roman türk ədəbiyyatına aid deyil və Livanelinin qələmindən çıxmayıb. Müəllif "Serenad"da olduğu kimi yenə də tarixi bir mövzuya toxunub: İŞİD-in İslam adı altında yezidilərə qarşı törətdiyi soyqırımı. Roman İbrahim adlı jurnalistin uşaqlıq dostu Hüseynin ölümünə görə Mardinə səfər etməsi ilə başlayır. Hüseynin ölümündə kimlərin təqsirkar olduğu məlumdur. Amma səbəb nədir? İbrahim Hüseynin yaşadıqlarını öyrəndikcə Mələknazı da tanıyır. Görmədiyi, qiyabi tanıdığı, axtarışına çıxdığı bu yezidi qıza aşiq olur və tədricən öz içində Hüseynin ruhunu daşımağa başlayır. Müəllif müsahibəsində deyir: "Mələknaz bütün çətinliklərdən çıxmış bir tipdir. Həqiqətən də, gerçəkdir, gerçəkdən də gerçək". Doğrudan da, oxucu Mələknazın həyatını oxuyanda realda yaşanılanları göz önünə gətirir. Əgər "Serenad" romanında Hitler zülmündən qaçıb Türkiyəyə sığınan yəhudiləri oxumuşamsa, "Huzursuzluk"da İŞİD zülmündən qaçan yezidiləri oxudum. Onların həyatı, dini, adətləri ilə tanış oldum və düşünürəm ki, bu, oxucunun dünyagörüşünü formalaşdırmağa, dünya mədəniyyətini tanımağa şərait yaradır. Zülfü Livanelinin kitablarını həm də bu səbəbdən sevirəm. Ps. Müsahibəni dinləmək üçün linkə daxil ola bilərsiniz: open.spotify.com/episode/4tCGzFA... Zülfü Livaneli - "Huzursuzluk" Hər kəsə xoş mütaliələr!
Edebiyat
HuzursuzlukZülfü Livaneli · İnkılap Kitabevi · 2021117,6bin okunma
·
74 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.