Gönderi

Nüsrət Kəsəmənli ( bəhanəsiz get)
Bu mənim ara ara açıb dinlədiyim şeirlərdəndir. Nüsrət Kəsmənli Gətmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, Gedirsən, səsin də yad olsun barı... Sən dəniz qoynuna tullanmış çiçək, Üstünə dalğalar atılacaqdır. Saxta məhəbbətin saxta sənəd tək Nə vaxtsa üstündə tutulacaqdır. Döşənib yollar tək ayaqlarına Sənə yalvarımmı?.. Bü mümkün deyil! Qoymaram qəlbimtək vüqarım sına Alçalıb yaşamaq ömür-gün deyil. Demirəm sən uca bir dağsan, əyil, Demirəm qalıbdır əlacım sənə. Nə səndə məhəbbət qara pul deyil, Nə mən dilənçiyəm, əl açım sənə... Getmək istəyirsən... O yol, o da sən... Bir cüt göz baxacaq arxanca sənin. Getdinmi... Nə vaxtsa dönmək istəsən Tikanlı yastığa dönəcək yerin. Getmək istəyirsən... Nə danış, nə din! Yox ol uzaqlar tək dumanda, çəndə... Nəyimi sevmişdin?Deyə bilmədin, Indisə yüz eyib görürsən məndə. Getmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, Gedirsən, səsin də yad olsun barı... Səsləndirmə :(Vusal Akif Mehreliyev)
Şiir
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.